İran səfirliyi İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib
18:11 07.02.2024
Siyasət
424
İranın Azərbaycandakı səfirliyi Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə paylaşım edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.
“Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsi və cənab Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan və münasibətlərində yeni səhifə açılacaqdır”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm