
İran təhrik olunur: Savaşa qoşulacaq?
09:29 14.11.2023
Siyasət
587
ABŞ qırıcıları Suriyada iranyönümlü qruplara aid iki hədəfə zərbələr endiriblər.
Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələrinin hədəflərindən birincisi komanda məntəqəsi, digəri isə silahların saxlandığı anbar olub.
Məlumatı Pentaqonun rəhbəri Lloyd Ostin də təsdiq edib.
O bildirib ki, zərbələr Suriyanın Əbu-Kamal və Mayadin şəhərləri yaxınlığındakı hərbi obyektlərə endirilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışam Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov söyləyib ki, İsrail və HƏMAS qarşıdurması regionun siyasi vəziyyətini dəyişməyə başlayıb:
"Artıq balans dəyişib. Görünür ki, yeni xəritələr cızılacaq. Müharibənin hələki qarşısı alına bilmir. Fakt ondan ibarətdir ki, İsrail HƏMAS qarşıdurması getdikcə artan xəttlə davam edir. Nə qədər açıq şəkildə etiraf etməsələr belə, İsrail həmin ərazilərdə antiterror əməliyyatları keçirir. ABŞ isə öz dəstəyini göstərir. Eyni zamanda İran yönümlü bölgələrin vurulması ilə bağlı açıqlamalar verir. Rəsmi Tehran tərəfindən isə hələ səs-soraq yoxdur. Çox güman ki, danışıqlar aparmadan gizli şəkildə işlər görəcək. "Hizbullah"ın İranın nəzarətində olması məlum məsələdir. Həmçinin, HƏMAS-ın da müəyyən bir hissəsi İranın tabeliyindədir. Ümumiyyətlə həmin bölgədə İranın proksi qrupları silahlandırması hər kəsə mэlumdur".

Analitikin sözlərinə görə, Suriyanın ərazisinin yenidən vurulması və İran yönümlü qrupların hədəfə alınması Rəsmi Tehranı savaşa cəlb etmək niyyətlərindən irəli gələ bilər:
"İbrahim Rəisi Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün addım atdı. Amma bu Ərəb ölkələri ilə İran arasında əlaqələrin düzəlməsi anlamına gəlmir. Yəni hələ də gərginlik davam edir. Ərəb ölkələrinin hər birində Amerika bazası mövcuddur və onların təsiri kifayət qədər güclüdür. Ona görə də İranı istənilən vaxt təxribata çəkə bilərlər. Qarşıdakı zaman çərçivəsində baş verən hadisənin nəticəsini görəcəyik. Amma hər vəziyyətdə ABŞ Hərbi Hava Qüvvələrinin belə aviazərbələr endirməsi birbaşa Suriya üzərindən İranı müharibəyə çəkməkdən ibarətdir. HƏMAS İsrail toqquşmasında İran nisbətən özünü qoruya bildi. Ancaq İranın mövqeylərinin bir-bir vurulması onu savaşa təhrik etməyə hesablanıb. Müharibənin davam etməsi bölgəyə yaxşı heçnə vəd vermir və güclü fəlakətlər yarana bilər. Bunun isə qarşısını heç kim ala bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm