İran Ukraynadakı müharibəyə qoşulur?- Politoloq perspektivləri açıqladı
Yusif Nəzərli
15:07 27.11.2022
Siyasət
477
Doqquz aydır davam edən Rusiya-Ukrayna müharibəsi digər dünya dövlətlərinə də əsaslı təsir göstərməkdədir. Bir az mübaliğə ilə desək, Şərqi Avropada yer- yerindən oynayır. Belə bir vəziyyətdə digər dünya dövlətləri öz mövqelərini ortaya qoyurlar. ABŞ və müttəfiqləri açıq - aydın Rusiyanı sıxışdırmağa çalışır, İran kimi dövlətlər isə "saman altdan su yeridirlər".
İran xeyli müddətdir texnika, xüsusilə "Şahed" PUA- ları ilə Rusiyaya dəstək verir. Müxtəlif ekspertlər təlim keçmiş iranlı hərbçilərin döyüşlərdə iştirak edə biləcəyini proqnozlaşdırırlar. Bu isə o deməkdir ki, yaxın gələcəkdə tərəflər arasında sülh müqaviləsi imzalanmayacaq, dünya nizamı sabitləşməyəcək.
Hazırkı durumun perspektivi barədə danışan politoloq İlqar Vəlizadə Tehran və Moskvanın Qərb sanksiyaları altında olduğunu bildirib: “İndiki vəziyyət taktiki yaxınlaşmaya səbəb olub. İran müharibədə birbaşa iştirak etməyəcək. Həm coğrafi baxımdan, həm geosiyasi baxımdan bu mümkün deyil. Rusiyaya əsaslı dəstək verməklə demək olar ki, dolayı yolla İran müharibədə iştirak edir, onu müttəfiq saymaq olar. İranın Rusiyaya hərbi-texniki dəstək verməsi daxili duruma birbaşa təsir etmir. Lakin iddialara görə, məsləhətlər verilir, kömək edilir. Bunların nə qədər gerçək olduğunu demək çətindir. Ehtimal olunur ki, belə daxili proseslərin çözülməsi ilə bağlı məsləhətləşmələr var".
Politoloqun sözlərinə görə, Tehrana təsirlər güclənir, bu dövlətə tətbiq olunan sanksiyaların siyahısı artırılır:
“Bu da ondan xəbər verir ki, İran Rusiyayla olan münasibətdə daha çox uduzur. Qərbin İranla apardığı münasibətdə sərtləşmə müşahidə olunur. Bu, İranla Qərb arasında yeni nüvə sazişinin imzalanmasına və yaxud köhnə nüvə sazişinin bərpasıyla olan danışıqlara mənfi təsir göstərir".
Səbinə Elmanqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat