
İrəvanda yeni siyasi şou: Karapetyanın yaratdığı yeni partiya
23:02 15.04.2024
Siyasət
508
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb. Ötən gün keçirilən qurultayda o, bu siyasi təşkilatın sədri seçilib. Karapetyan bildirib ki, hazırkı hökumət ölkəni idarə etmək iqtidarında deyil. Partiya sədri Baş nazir Nikol Paşinyanı istefaya çağırıb: “Biz daha güclü Ermənistan yaradacağıq. Bütün dəyişikliklərə partiyamız yox, xalq qərar verəcək”, o deyib. Qeyd edək ki, bu vaxtadək sözügedən təşkilat hərəkat kimi fəaliyyət göstərib. Əksər ekspertlər bu partiyanın, daha doğrusu, general Karapetyanın birbaşa Rusiyaya, Kremlə bağlı olduğunu deyirlər. Partiyanın yaradılmasının da Moskvanın planı olması qeyd olunur və iddia edilir ki, Kreml Paşinyanı bu yolla devirməyi planlaşdırır.
Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Moskvadan uzaqlaşmaq cəhdləri artdıqca, Rusiyanın Paşinyan hökumətinə təzyiqlərinin artması heç də təəccüblü deyil. Siyasi şərhçi bildirib ki, İrəvandakı bu yeni siyasi şou birbaşa Rusiyadan idarə olunur:

"Rəhbərinin sabiq hərbçi və general olması da təsadüfi deyil. Bunun çox güman ki, ermənilərin itirilmiş hərbi mövqelərini bərpasına edilən mesaj kimi qəbul olunması nəzərdə tutulub. Amma Moskva da, İrəvandakı rusiyapərəstlər də bir şeyi anlamalıdırlar ki, sadə ermənilər Rusiyanın da, onun yerli nökərlərindən də beziblər. Hərbi məğlubiyyətdən sonra Paşinyanın partiyasının yenidən qələbə qazanması bunu təsdiq edir. Azsaylı revanşist xəyallı ermənilərin Moskvanın işinə yenə də yaramayacağını düşünürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi