İtaliyanın Baş prokurorunun səfəri başa çatıb
14:23 25.05.2024
Siyasət
573
Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Baş Prokurorluqdan verilən xəbərə görə, mayın 25-də Luici Salvato Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən qəbul edilib. Görüşdə Baş prokuror Kamran Əliyev iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini, o cümlədən italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisində əks etdirilən stendlərlə tanış olublar.
İtalyalı prokurorlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.
Qonaqlar tarixi-mədəni abidələrlə zəngin olan Bakı şəhərinin Balaxanı qəsəbəsini ziyarət edərək, orada xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması və digər yerli sənətkarlıq nümunələri ilə yaxından tanış olublar.
Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunaraq 2008-ci ilin sentyabr ayında istifadəyə verilmiş Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edən qonaqlara tikilinin tarixi barədə ətraflı məlumat verilib.
Nümayəndə heyətinin səfəri başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq