İvanişvili komandasının şansını dəyərləndirir: Zurabişvilinin yenidən seçilmə ehtimalı çox aşağıdır
Yusif Nəzərli
07:20 27.11.2024
Siyasət
446
Hökumət öz adamlarından birini prezident seçəcək və ölkədə vəziyyət normallaşacaq
“Gürcü arzusu”nun deputatları prezident seçkilərinin dekabrın 14-nə təyin edilməsi ilə bağlı qətnamə layihəsini dəstəkləyiblər. Gürcü KİV-nə istinadən xəbər verir ki, iclasda iştirak edən 80 deputatın hamısı “lehinə” səs verib, əleyhinə səs verən olmayıb.
Qərara əsasən, prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Qanuna görə, prezident seçkiləri parlamentin ilk iclasından sonra 45 gün ərzində keçirilməlidir.
Parlamentin spikeri Şalva Papuaşvili bu tələsikliyi konstitusiyanın mətni ilə izah edib. Onun sözlərinə görə, prezidentin 5 il müddətinə seçilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il baş tutması vacibdir. Əks halda bu müddət 6 il olacaq.
Bu arada “Gürcü Arzusu” Partiyasının icraçı katibi, deputat Mamuka Mdinaradze deyib ki, hakimiyyətdə olan partiya “99 faiz” namizədlə bağlı qərar verib. Onun sözlərinə görə, komanda qərar verib ki, bu, “gürcü ürəkli və ruhlu” şəxs olmalıdır.
Eyni zamanda Mdinaradze partiyalarının təsisçisi fəxri sədri Bidzina İvanişvilinin prezident kürsüsünə iddia edəcəyini istisna edib.
"Mtavari" telekanalı xəbər verib ki, hakim partiya iki nəfər arasından prezidentliyə namizəd seçib. Bu, partiyanın sədri, keçmiş baş nazir İrakli Qaribaşvili və Gürcüstanın birinci Prezidenti Zviad Qamsaxurdiyanın oğlu, bu yaxınlarda Milli Parlament Kitabxanasına rəhbərlik edən Konstantin Qamsaxurdiyadır.
2018-ci ildə Salome Zurabişvili Gürcüstanın beşinci və sonuncu birbaşa seçilmiş prezidenti olub. Onun səlahiyyət müddəti dekabrın 16-da başa çatır.
Gürcüstanın yeni prezidenti ilk dəfə olaraq 300 nəfərdən ibarət kollegiya tərəfindən seçiləcək. Bunlar yeni parlamentin 150 deputatı və 150 regional nümayəndədir.
Gürcüstan parlamentində baş verən prosesləri şərh edən siyasi şərhçi Vasif Əfəndiyev isə “Sherg.az"a açıqlamasında deyib ki, rusiyalı milyarder İvanişvilinin komandası parlamentdə səs çoxluğuna sahib olaraq dünən 89 deputatı tələsik toplayaraq 150 deputatın adından prezident seçkilərinin vaxtını təyin ediblər:
“Məlumdur ki, fəaliyyətdə olan Prezident Salome Zurabişvili seçkilərin nəticələrini tanımayıb və konstitusiya məhkəməsinə müraciət edib. Belə olan təqdirdə parlament iclasının keçirilməsi legitim sayılmaya bilər. Prezident Zurabişvili başda olmaqla digər 61 millət vəkili parlament iclasını boykot ediblər. Müxalifət indiki parlamenti tanımaqdan imtina edərək alternativ parlament yaradıb. Dekabr ayının 14-ə qədər Tbilisidə gərgin günlər yaşanacaq. Mixail Saakaşvilini dəstəkləyən “Birlik” Partiyasının seçilmiş millət vəkilləri mandatdan imtina ediblər. Bu addımı digər təşkilatların da atacağı gözlənilir”.
V.Əfəndiyevin sözlərinə görə, parlamentin 46 faizinin iclaslara qatılmaması ciddi məsələdir və irəlidə təkrar seçkilərin keçirilməsi gözləniləndir:
“Hazırkı vəziyyətdə “Gürcü arzusu”nun namizədi eks baş nazir İrakli Qaribaşvilidir. Ona müxalif olaraq eks Prezident Zviad Qamsaxurdiyanın oğlunun adı hallandırılır. Hər bir halda prezident seçkiləri baş tutarsa, İvanişvilinin namizədi parlament deputatlarının və regiondan seçilmiş daha 150 nümayəndənin səsi ilə seçiləcək”.
Siyasi ekspert Məhəmməd Əsədullazadə də Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyasının qalib gəldiyini, lakin Prezident Salome Zurabişvili və müxalif qüvvələr bu nəticələri tanımadıqlarını xatırladıb. Seçkidən bir gün sonra gürcü xalqını etiraz aksiyalarına səsləyən Prezidentlə hakim partiya arasındakı siyasi qarşıdurmanın davam etdiyini vurğulayan siyasi ekspert deyib ki, Gürcüstanın 11-ci çağırış parlamentinin noyabrın 25-də baş tutan ilk iclasına prezidenti çağırmadılar:
“Gürcüstanda prezident səlahiyyətləri az olduğu üçün hakim partiya ilə yaşanan qarşıdurma vətəndaş qarşıdurması, xaosa səbəb olmur. Onsuz da, gözlənilən prezident seçkilərində Salome Zurabişvilinin yenidən seçilmə ehtimalı çox aşağıdır. Yəqin ki, hökumət öz adamlarından birini prezident seçəcək və ölkədə vəziyyət normallaşacaq. Bilirsiniz ki, Zurabişvilidən əvvəlki prezidentlə də hökumət arasında ciddi ziddiyyətlər yaşanırdı”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm