Kiyevə hücum: Rusiyanın 26 PUA-sı və bir kəşfiyyat aparatı məhv edilib
Yusif Nəzərli
10:11 11.07.2023
Siyasət
424
Ukrayna hərbçiləri gecə vaxtı Kiyev yaxınlığında Rusiya qüvvələrinə məxsus PUA-ların necə sıradan çıxarılmasının görüntülərini yayıb.
İyulun 11-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin digər hərbi hissələri Rusiyanın 26 ədəd PUA-sını və “Zala” tipli bir kəşfiyyatçı pilotsuz uçuş aparatını məhv edib.
"Sherg.az"ın “Ukrinform”a istinadən xəbərinə görə, Ukrayna Birləşmiş Silahlı Qüvvələrinin komandanı general-leytenant Serxi Nayev Kiyevə yaxınlaşmaq istəyən Rusiya qüvvələrinin pilotsuz təyyarələrinin vurulmasını əks etdirən videonu ictimaiyyətə açıqlayıb.
"Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin digər hissələrinin iştirakı ilə aparılan uğurlu döyüşlər nəticəsində 26 PUA və "Zala" tipli bir kəşfiyyat PUA- sı məhv edilib.
Onun sözlərinə görə, Rusiya ordusu cənub-şərq istiqamətindən (Primorsko-Axtarsk) buraxılan pilotsuz uçuş aparatlarından istifadə etməklə bir ay ərzində ikinci dəfə Kiyevə hücum edib.
“Mobil qruplarımız və hava hücumundan müdafiə qüvvələrimiz Kiyevə yaxınlaşmaq istəyən Rusiya hərbcilərinin hədəflərini müəyyənləşdirmək və məhv etmək üçün işə başlayıb. Hava hücumundan müdafiə sistemimizin köməyi ilə bütün hədəflər məhv edilib”, - deyə Nayev vurğulayıb.
Komandir bildirib ki, bəzi pilotsuz təyyarələrin qalıqları Kiyev vilayətinin yaşayış məntəqələrindən birinə düşüb , xoşbəxtlikdən tələfat olmayıb.
Eyni zamanda, Nayev ukraynalıları hava xəbərdarlığı siqnallarına əməl etməyə və düşmən hədəflərinin məhv edilməsi zamanı sığınacaqlarda qalmağa çağırıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya