Kraliça Marqrete vidalaşdı, Danimarka yeni kralını gözləyir
Yusif Nəzərli
09:19 14.01.2024
Siyasət
612
Danimarkanın ən uzun müddət hakimiyyətdə olan monarxı Marqret bu gün vəzifəsini ilk oğlu Frederikə təhvil verəcək.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, tarixi hadisənin şahidi olmaq üçün on minlərlə insanın Kopenhagen küçələrinə toplaşacağı gözlənilir.
Marqrete 52 il kraliça kimi xidmət etdikdən sonra taxtdan imtina edən ilk Danimarka monarxı olub. Yeni il ərəfəsində verdiyi açıqlamada o, "Mən qərar verdim, indi doğru vaxtdır. 14 yanvar 2024-cü ildə Danimarka Kraliçası vəzifəsindən istefa verəcəyəm. Mən taxt-tacı oğlum vəliəhd Frederikə həvalə edirəm"- deyib.
Rəsmi taxtdan imtina mərasimi Kopenhagendə saat 14:00-a planlaşdırılıb. Uzun müddət hakimiyyətdə olan monarx hökumətlə görüşdə taxtdan imtina bəyannaməsini imzalayacaq.
Baş nazir Mette Frederiksen taxtdan imtina etdikdən sonra saat 15:00-da Kristianborq sarayının eyvanında vəliəhd şahzadə Frederikin yeni kral olduğunu rəsmən elan edəcək.
Yeni monarxın kral X Frederik titulunu alacağı və xalqa nitqlə müraciət edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya