Kreml bu qətnaməyə qarşı çıxacaq - ŞƏRH
Yusif Sultanoğlu
13:48 16.08.2023
Siyasət
479
Bu gün BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək.
Sual yaranır ki, bəs bu dinləmdə qəbul oluna biləcək qətnaməni Rusiya tərəfi necə qəbul edəcək. Çünki qətnamənin qəbul edilməsi BMT-nin missiyasının bölgəyə gəlməsi ilə yekunlaşa bilər. Bu isə rus sülməramlılarının bölgəni tərk etməsi deməkdir. Rəsmi Moskvanın buna nə reaksiya verməsi isə hələ də maraqla gözlənilir.
Məsələni "Sherg.az"a şərh edən politoloq Fərhad Məmmədov söyləyib ki, son 25 il ərzində Ermənistanın uğuru Rusiya və Qərbin bir-biri ilə uzlaşmasından ibarət idi:
"Amma Ukrayna müharibəsindən sonra ciddi problemler yarandı. Ermənistanın BMT Təhlükəsizlik Şurasına verdiyi sorğuda Rusiya və rus sülhməramlıları haqqında heç bir məlumat qeyd edilməyib. Digər tərəfdən Lavrov və Bayramov arasında olan dünənki telefon danışığından sonra Rusiya tərəfindən yayılan press-relizinin sonuncu cümləsinə diqqət yetirmək lazımdır. Fikir versək, görərik ki, orada hər iki tərəf, məsul tərəfin siyasi təxribat tədbirlərinin əleyhinə çıxırlar. Burda siyasi təxribat tədbirləri dedikdə isə çox güman ki, BMT-nin bugünkü iclasındakı dinləmələr nəzərdə tutulur. Ümumiyyətlə Ermənistanın təqdim etdiyi sənəddə Rusiyanın adını çəkməməsi, Kremlin bu qətnaməyə qarşı çıxacağı deməkdir".
Qeyd edək ki, dinləmə bu gün baş tutacaq.
Xatırladaq ki, iclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı Kallasdan açıqlama
19:23 30.06.2026
Gündəm
İran ilə ABŞ arasında gec-tez sülh sazişi imzalanacaq - POLİTOLOQ
19:17 30.06.2026
Gündəm
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı