"Kremlin Avopada Qərb ölkələrinə ikinci Suriya yaratmaq istəyi aşkardır" - POLİTOLOQ
09:11 13.03.2022
Siyasət
512
“Rusiya prezidenti Vladimir Putinin Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi qərarının arxasında bəzi səbəblər dayanır”.
Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, Rusiya ordusu Ukraynada güclü müqavimətlə üzləşib. Kreml Ukrayna ordusunun və cəmiyyətinin Rusiya ordusuna qarşı bu şəkildə müqavimət aparacağını gözləmirdi:
“Görünür, Rusiya kəşfiyyatı Kreml sahibini müharibədən öncə inandırıb ki, döyüşlər cəmi bir neçə gün çəkəcək və Kiyev dərhal təslim olacaq, Ukrayna prezidenti postunu qoyub qaçacaq. Proqnozlar yanlış çıxdı və iki həftədən çox davam edən müharibədə Rusiya ordusu ciddi itkilər verir. Döyüşmədən təslim oan rusiyalı hərbçilərin sayı artır. Belə vəziyyətdə Putin onun inamını doğrultmayan müdafiə naziri Sergey Şoyqunun məsləhəti ilə Yaxın Şərqdən “müttəfiqlərini” cəlb etməyi məsləhət bilib. Əslində bu qərar Kreml sahibinin Ukraynada Rusiya ordusunun ağır durumda olmasının etirafıdır. İkincisi, Ukrayna tərəfdən də döyüşmək istəyən könüllülərin sayı artıb. Dünyanın müxtəlif ölkələrindən Ukraynaya könüllü axını var, onların içərisində peşəkar hərbçilər də var. Həmin könüllülər döyüşlərdə Rusiya ordusunun itkilərini artıracaqlar. Putin də eyni addımı ataraq beynəlxalq aləmə bu mesajı verir: “Siz tərəfdə muzdlular vuruşursa, biz tərəfdən də muzdlular olacaq”.
Kreml Rusiya tərəfdən döyüşəcək könüllülərin guya pulsuz savaşacaqlarını bildirib. Buna kimsə inanmaz. Ukrayna hakimiyyəti gizlətmir ki, könüllülərə məvacib veriləcək. Rusiya da onlar tərəfdən savaşacaq könüllülərə - muzdlu döyüşçülərə valtuya ödəyəcək. Dünyanın heç bir yerində muzdular havayı döyüşmürlər”.
E.Şahinoğlu qeyd edib ki, Sergey Şoyquya görə, Yaxın Şərqdən 16 mindən çox könüllü Rusiya tərəfdən döyüşlərə qatılmaq istəyir:
“Bu o deməkdir ki, Kreml könüllü məsələsini uzun müddətdir müzakirə edir, əks halda 16 min rəqəmi peyda olmazdı. Bəs Rusiyanın “könüllü” dediyi döyüşçülər kimlərdir? Kreml böyük ehtimalla Suriyada Bəşər Əsəd tərəfdə savaşan qrupları nəzərdə tutur. Bunların içərisində “Hizbullah” da var. Bu qruplaşma Bəşər Əsədə dəstək verən əsas silahlı qruplaşmadır, mərkəzi Livanın paytaxtı Beyrutdadır. Livanın özündə iqtisadi vəziyyət ağırdır, “Hizbullah”ə illərdir maliyyələşdirən İranın iqtisadi durumu normal sayıla bilməz. Ona görə də “Hizbullah” döyüşçüləri və onların müttəfiqləri maliyyə vəziyyətlərini düzətlmək üçün Ukraynada döyüşmək təklifini geri çevirməzlər. Beləliklə, əvvəlki proqnozlarımıza da dayanaraq Kremlin Avopada Qərb ölkələrinə ikinci Suriya yaratmaq istəyi aşkardır. Ukraynadakı savaş beynəlmiləl xarakter daşımağa başlayıb. Ukraynada Rusiya ilə Qərbin maraqları kəsişdiyi kimi müxtəlif millət və silahlı qruplaşmaların, o cümlədən terrorçuların məskəninə çevriləcək. Kremlin siyasətini bu cümlə ilə izah etmək olar: “Bizi batırmaq istəyirsinizsə, biz də Sizi (Ukrayna və Qərbi) batıracağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm