Kremlin Zəngəzurla bağlı fərqli və ziyanlı planı var
Yusif Nəzərli
05:36 14.06.2022
Siyasət
724
Rusiyanın mövqeyi və davranışları rəsmi Bakını Laçın dəhlizinə nəzarəti öz əlinə almaq məcburiyyətində qoya bilər
“Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı tamamilə fərqli və ziyanlı maraqları var”. Bu barədə “Şərq”ə açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. Analitik bildirib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında birbaşa maraqlıdır. Ancaq Kreml bu marşrutun yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən nəqliyyat-kommunikasiya xətti kimi fəaliyyət göstərməsini istəyir:
“Rusiya bu marşrutun dəhliz statusu qazanmasına müqavimət göstərmək niyyətinə düşüb. Zəngəzur dəhlizi ilə bağlı Brüssel anlaşmalarını pozmağa cəhd göstərir. Kremlin əsas məqsədi ondan ibarətdir ki, bu nəqliyyat-kommunikasiya xətti ilə həm Rusiyaya yeni “iqtisadi-ticari pəncərə” qazandırsın, həm də ona tam şəkildə nəzarət edə bilsin. Çünki əgər, Zəngəzur dəhlizi sadəcə, nəqliyyat-kommunikasiya xətti kimi fəaliyyət göstərərsə, yəni Ermənistanın nəzarəti altında olarsa, bu marşrut tamamilə Rusiyanın əlində olacaq.
Ermənistanın bütün sərhədlərinə tam nəzarət edən Rusiya qoşunları bu marşrutu da nəzarət altına ala biləcək. Nəticədə bu variant Kremlə həmin marşrutdan istifadə edən ölkələrin - Azərbaycanın, Türkiyənin, eləcə də Avropa və Asiya ölkələrinin yükdaşımalarını nəzarətdə saxlamaq imkanı verəcək. Yəni Rusiya Zəngəzur dəhlizindən həm istifadə etmək, həm də onu öz kontrolunda saxlamaq istəyir. Bunun analoji bir qarşılığının ola biləcəyi də qətiyyən şübhə doğurmur. Ancaq Rusiyanın bu "ikibaşlı oyunlar"ından indiki halda ən çox ermənilər zərbə ala bilərlər. Çünki həm Rusiya, həm də Ermənistan siyasi dairələri tam dəqiqliyi ilə bilirlər ki, rəsmi Bakının istənilən situasiya üçün öz ehtiyat variantı mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirərkən vurğulamışdı ki, Zəngəzur və Laçın dəhlizləri eyni prinsiplər üzrə fəaliyyət göstərməlidir”.
Ekspert vurğulayıb ki, rəsmi Bakı Zəngəzur dəhlizinin olmayacağı təqdirdə, Laçın dəhlizinin də olmayacağının birmənalı mesajını artıq verib:
“Əgər Zəngəzur dəhlizi Ermənistanın (əslində isə Rusiyanın) nəzarətində açılacaqsa, Laçın dəhlizi də dərhal öz statusunu itirəcək. Rəsmi Bakı həmin marşrut üzərində Azərbaycanın nəzarət-buraxılış və gömrük məntəqələrini yerləşdirəcək. Göründüyü kimi, Laçın dəhlizi indiki statusda fəaliyyətini bitirmək üzrədir. Üstəlik, bu baş verərsə, səbəbkarı da məhz Rusiya olacaq. Çünki məhz Rusiyanın mövqeyi və davranışları rəsmi Bakını Laçın dəhlizinə nəzarəti öz əlinə almaq məcburiyyətində qoya bilər. Və bu baxımdan, dolayısı ilə hesab etmək olar ki, Kreml Rusiyanın maraqları naminə Laçın dəhlizinin qapadılmasına cəhd göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya