Kubanıçbek Ömüralıyev: İlk dəfə olaraq bütün Azərbaycanda keçirilən seçkilər TDT xalqlarını da sevindirir
Kubanıçbek Ömüralıyev: İlk dəfə olaraq bütün Azərbaycanda keçirilən seçkilər TDT xalqlarını da sevindirir
08:58 07.02.2024
Siyasət
366
“Bizim missiya Türk Dövlətləri Təşkilatını (TDT) təmsil edir. Bu missiya iki hissəyə bölünərək seçkiləri müşahidə edir. Missiya üzvləri TDT-də təmsil olunan dövlətlərin seçki qurumlarının üzvləridirlər”.
Bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
O bildirib ki, TDT-nin missiyasının bir hissəsi hazırda Qarabağda, xüsusilə də Şuşa və Xankəndidə monitorinqlər aparır: “Digər qrup isə artıq səhər saatlarından Bakıda 10-dan artıq şeçki məntəqəsində monitorinqlər aparıb. Biz dünən də monitorinqlər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşlər keçirmiş, seçki prosesi ilə bağlı lazımi informasiya əldə eləmişik. Bundan başqa bizim missiya prezidentliyə namizədlərlə, o cümlədən seçkilərdə iştirak edən hakim partiyanın nümayəndələri ilə də görüş keçirib”.
TDT Baş katibi qeyd edib ki, istənilən ölkədə prezident seçkiləri əhəmiyyətli hadisə hesab edilir: “Amma mən Azərbaycanda keçirilən bu prezident seçkilərini tarixi hadisə adlandırardım. Çünki son on illiklər ərzində ilk dəfə olaraq bizim qardaş Azərbaycanın bütün ərazilərində seçki prosesi baş tutur. Bu, təkcə Azərbaycan xalqını deyil, bütün Türk Dövlətləri Təşkilatı xalqlarının sevindirir, bu münasibətlə hər birinizi təbrik edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm