Latviyalı deputat: “Etiraz aksiyası Azərbaycanın ekoloji monitorinq keçirməsinə mane olmaq cəhdlərinə qarşı yönəlib”
Yusif Nəzərli
07:57 22.12.2022
Siyasət
563
"Ekoloji fəalların Xankəndi-Laçın yolunda keçirilən aksiyası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində ekolomonitorinq keçirməsinə mane olmaq cəhdlərinə qarşı yönəlib".
Bunu “Report”un Şərqi Avropa Bürosuna Latviya parlamentinin üzvü, bu ölkənin keçmiş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib.
"Bir neçə gündür ki, azərbaycanlı ekoloji fəalların Xankəndi-Laçın yolunda dinc etiraz aksiyası keçirməsi ilə bağlı məlumatlar alırıq. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun onlarla görüşməsini və Azərbaycanın mülki missiyası ilə bağlı gələcək insidentlərin qarşısının alınmasına təmin etməsini tələb ediblər. Biz dəfələrlə Rusiya sülhməramlılarının öz tapşırıqlarının öhdəsindən gəlməməsi ilə bağlı bəyanatlar eşitmişik. Bu səbəbdən, Rusiya sülhməramlılarının hərəkətsizliyi Laçın yolunda yeni şərait yaradacaq”, - o bildirib.
Latviya parlamentinin deputatı Ermənistanın üçtərəfli bəyanatın müddəlarını yerinə yetirməli olduğunu vurğulayıb: “Bu müddəalara sərhədlərin delimitasiyası, erməni silahlılarının bölgədən çıxarılması, sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması daxildir”.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür davam edir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi