
Lavrov blef edir! – “Rəsmi Moskva sülh prosesinin uzanmasına çalışır”
Yusif Nəzərli
12:00 06.12.2022
Siyasət
665
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında Praqa müzakirələrinə diqqət çəkib. O qeyd edib ki, Praqada keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir:
“Biz hələ də tərəflərə kömək etməyə hazırıq, fundamental məsələlərlə bağlı qərar qəbul etmək vacibdir. Praqada dövlət başçıları bütün problemləri BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq həll etmək niyyətində olduqlarını qeyd ediblər”.

Rusiyanın bu kimi açıqlamalarda səmimi olmadığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, Kreml bütün dünyada öz imperial maraqlarını müdafiə edən bir dövlətdir:
"Moskvanın Cənubi Qafqazdakı imperial maraqları bölgədəki təsir imkanlarını saxlamağı və söz sahibi ölkələrdən biri kimi qalmağı tələb edir. Onların bu müstəvidə əsas diqqət etdikləri də Dağlıq Qarabağ münaqişəsinin bitməməsidir.
Çünki bu problem bitərsə, Ermənistan və Azərbaycan arasındakı məsələlər bitmiş sayılır. Bu isə şimal qonşumuzun bölgəyə heç bir şəkildə təsir edə bilməməsi deməkdir.
Ona görə də rəsmi Moskva prosesin uzanmasına çalışır. Biz bunu Lavrovun açıqlamasında da görə bilirik ki, onlar sülh prosesinin Alma-Ata müqaviləsinə əsasən aparılacağını deyirlər.
Yəni Qərb dairələrindəki görüşlərdən yola çıxaraq deyil, məhz Rusiyanın söz sahibi olduğu Alma-Ata müstəvisində həll ediləcək. Bunun özü də Kremlin milli maraqlarına xidmət edir.
Bu səbəblə də açıqlamaları səmimi hesab etmirəm. Onlar problemin həllini gecikdirməyə və ya məsələ həll edilsə belə, Rusiyanın bölgədə əsas güc sahibi olmağa davam etməsinə çalışacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət