Lukaşenko Ukraynadakı müharibədə iştirak etməkdən imtina etdi?
Yusif Nəzərli
08:40 20.12.2022
Siyasət
512
“Belarus Prezidenti Aleksandr Lukaşenko, ehtimal ki, Rusiya Prezidenti Vladimir Putinə bəzi güzəştlərə getməkdən və Ukraynadakı müharibədə iştirakdan imtina edib”.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan (ISW) bildirilib.
Belə ki, Putinin Minskə səfəri zamanı hər iki dövlət rəhbəri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı açıq müzakirələrdən çəkinib. Lakin onlar Belarusun da “Qərb təhlükəsi” ilə üzləşdiyini iddia ediblər. Putin bildirib ki, İttifaq dövlətinin xarici sərhədlərində vəziyyətin “kəskinləşməsi” səbəbindən Belarus hərbi aviasiya ekipajlarına “xüsusi döyüş başlıqlı sursat”lardan istifadə ilə bağlı təlimlərin keçirilməsi mümkün ola bilər.
Bildirilib ki, Lukaşenko Belarus sərhədlərinin Qərbdən və NATO-dan qorunması ritorikasından istifadə edir ki, bununla da Rusiyanın Ukraynaya müdaxiləsində iştirakdan yayınmağa çalışır. Həmçinin qeyd edilib ki, Lukaşenko fevralın 17-də Belarusda nüvə silahının yerləşdirilməsi ehtimalı ilə bağlı da oxşar eyhamlardan istifadə edir.
Belarus prezidenti Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri və “İsgəndər” komplekslərini tədarük edəcəyini qeyd edib. Putin isə bildirib ki, Lukaşenko ilə vahid müdafiə məkanının formalaşdırılması məsələlərini müzakirə ediblər.
ISW analitikləri hesab edirlər ki, bu səbəbdən Belarusun Ukraynadakı müharibədə iştirakı ehtimalı azdır. Əks halda Lukaşenko “sərhədlərin Qərb təhlükəsindən qorunması” ritorikasını “başqa ölkədə təcavüz” şəklində dəyişdirməli olardı.
Mənbə: RBC.ua
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi