Lukaşenkonu razı sala bilməyib
Yusif Nəzərli
06:34 21.12.2022
Siyasət
512
Putin Belarusun Ukrayna müharibəsinə qoşulmasını istəyir
Rusiya Prezidenti Vladimir Putin 3 illik fasilədən sonra Belarusa səfər edib. Səfər hər nə qədər işgüzar xarakterli olsa da, Putinin Minskə gəlişinin əsas səbəbi mövcud Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rəsmi Moskva Ukrayna müharibəsi fonunda istədiyi nəticələri qazana bilmir. Buna görə də 2023-cü ildə üstünlüyü yenidən qazanmaq üçün səylərini artırır. Aydın məsələdir ki, Rusiya Ukrayna ilə müharibəyə Belarusun da qatılmasını istəyir. Kreml müharibənin ilk aylarında Belarus ərazisindən Ukraynaya hücum etmək üçün istifadə edib. Prinsip etibarilə Belarus bu gün də ərazisindən Ukraynaya hücum üçün Kremlə razılıq verir. Lakin görünür, Putin bu dəfə Lukaşenkodan daha artığını, yəni Belarusun Ukrayna müharibəsinə qatılmasını istəyib.
Siyasi şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında Putinin məhz 3 il sonra Belarusa səfər edib Lukaşenkodan Ukrayna müharibəsinə qoşulmasını istəməsinin digər səbəbi də Belarusun xarici işlər naziri Vladimir Makeyin bir müddət öncə sirli şəkildə qəfil dünyasını dəyişməsidir. Analitikə görə, məsələ ondadır ki, Makey Lukaşenkonun Qərb ilə təmaslarını aparan əsas fiqur idi:
"Bu mənada onun Kreml tərəfindən öldürüldüyünü də demək olar. Makeyin İrəvanda keçirilən KTMT sammitində iştirak etdikdən sonra həyatını itirməsi də ölümün pərdəarxasında Kremlin olduğu deməyə əsas verir. Nəticə etibarilə Makeyin ölümü Lukaşenkonun manevr imkanlarını məhdudlaşdırdığını bilən Putin Minskə səfər edərək Belarusun Ukrayna müharibəsinə qoşulmasını istəyir. Aleksandr Lukaşenko və Vladimir Putinin görüşün yekunlarına dair jurnalistlərə açıqlamasından belə qənaətə gəlmək olar ki, Putin Lukaşenkonu Ukrayna müharibəsinə qatılmağa razı sala bilməyib. Ümumiyyətlə, Lukaşenko ölkəsinin müharibəyə qoşulmasını istəmir. Bu təkcə onun deyil, başda sadə belaruslar və generallar olmaqla, bütün bir ölkənin vahid fikridir. Heç kəs Rusiya uğrunda işğalçı müharibədə həlak olmaq istəmir. Lukaşenko isə öz növbəsində onsuz da ondan narazı olan daxili auditoriyanı radikallaşdırmaq istəmir. Lakin Putinin istəyini qulaqardına vurmaq da mümkün deyil. Buna görə də Lukaşenko Belarus sərhədlərinin Qərb və NATO-dan müdafiə ritorikasından istifadə edir. Bununla o, çalışır ki, Ukraynanın işğalında iştirakdan qaçsın".
T.Rzayevə görə, Lukaşenko Putini inandıra bilib ki, belə bir müharibə onun hakimiyyətinə, dolayı yolla Rusiyanın Belarusdakı nüfuzuna ciddi ziyan vura bilər: "Nəticə etibarilə Lukaşenko bu dəfə də ölkəsinin Ukrayna müharibəsinə qoşulmasından canını qurtara bilsə də, Kremlə bir çox məsələdə güzəştə getməli oldu. Rusiya 2023-cü ildə Ukraynaya hücumları intensivləşdirsə, Belarus ərazisindən aktiv şəkildə istifadə edə bilər. Bu isə Ukraynanın Belarus ərazilərini vurması ilə nəticələnər. Görünür, Putin həm də bu versiyaya inanır və beləliklə, Minskin gec-tez Ukrayna müharibəsinə qoşulacağını düşünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi