
Makronun gərginliyi alovlandıran çıxışları: Fransa Lideri özünü Napoleon sayır -Şərh
13:41 05.03.2024
Siyasət
525
Fransa Prezidenti Emmanuel Makron bu həftə Çexiyanın Avropa Birliyinə daxil olmayan ölkələrdən Ukraynaya yüz minlərlə artilleriya mərmisi tədarükü təklifini dəstəkləyəcəyini açıqlayacaq.
Bu barədə “Blumberq” mənbəyə istinadla məlumat yayıb.
“Almaniya, Niderland və Danimarka da bu təşəbbüsə qoşulacaq. Makron bu gün Praqaya səfəri zamanı bu təklifi Çexiyanın Baş naziri Petr Fiala ilə müzakirə edəcək. Bu həftə təfərrüatı razılaşdırmaq üçün AB müdafiə və xarici işlər nazirləri arasında ayrıca müzakirənin də baş tutacağı gözlənilir”, - agentlik bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, siyasi şərhçı Elçin Alıoğlu vurğulayıb ki, Emmanuel Makron bir müddət əvvəl NATO ölkələrinin Ukraynaya hərbi kontingent göndərmələri ilə bağlı fikir bildirmişdi:
“Bu isə təbii olaraq çox marazmatik açıqlama idi. Şimali Atlantika Alyansının bilavasitə hərbi əməliyyatlara qoşulması müharibənin regionunu və coğrafiyasını dəfələrlə artıra bilər. Eyni zamanda Üçüncü Dünya savaşının kazus bellinə çevrilərdi. Ona görə də Avropa İttifaqı (Aİ) və NATO ölkələri bu təklifi absurd saydılar. Makron isə ikinci çıxışında qeyd etdiki, mən bunu düşünərək və hesablayaraq demişəm. Lakin biraz sonra Fransanın xarici işlər naziri və senatın spikeri açıqlamanın tamamilə mənasız olduğunu söylədilər. Yəni Makron öz çıxışını təkzib etdi. İndi isə mülki avtomobillər vasitəsilə silah-sursatın Ukraynaya daşınması barədə faktlar mövcuddur. Məsələn, Almaniya, Polşa və Ruminiyadan bu cür daşınmalar həyata keçirilir. Bu daşınmalar isə Ukraynanın Qərbi ilə Şərqi Avropa ölkələri arasında nəqliyyat əlaqəsini legitim hərbi hədəfə çevirir. Rusiya istənilən an ağır tonlu yük maşınını hərbi hədəf elan edərək vura bilər. Həmin zaman da Rusiyanın əlində sübut olacaq ki, Avropa və NATO ölkələri özləri belə daşınmaların olduğunu bildirir”.

Ekspert onu da söyləyib ki, müharibə yaxın aylarda, hətta illərdə səngiməyəcək:
“Çünki nə Ukraynanın genişmiqyaslı hücuma keçməsi üçün potensialı var, nə də Rusiyanın bu hücumu gerçəkləşdirmək üçün gücü mövcuddur. Xırda taktiki döyüşlər isə ümumi strateji uğurun məğzini təşkil etmir. Ona görə də Makronun bəyanatları yaranmış sutiasiyanı sakitləşdirmək əvəzinə daha da kəskinləşdirir. Özünü Napoleon Bonapart hesab edən Makron Avropa İttifaqı, NATO və Rusiya arasında gərginliyi pik nöqtəyə çıxarmaqla məşğuldur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya