Marqvelaşvili: “Gürcüstan Azərbaycan və Ermənistana platforma..."
Yusif Nəzərli
09:07 09.03.2023
Siyasət
614
“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini böyük maraqla izləyir və bunun üçün platforma təqdim etməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib.
"Ümid edirəm ki, proses Azərbaycan və Ermənistan arasında münasibətlərin sabitləşməsinə doğru gedir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, Ermənistan da bizə yaxın dövlətdir. Buna görə də Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır. ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını nəzərə alsaq, bu, xüsusilə vacibdir”, - Marqvelaşvili bildirib.
“Bakı forumu illər ərzində yanaşmaları sınaqdan keçirmək, bilikləri bölüşmək və müxtəlif dövlətlərin təcrübələrini öyrənmək baxımından çox faydalı platformaya çevrilib”, - Gürcüstanın sabiq prezidenti deyib. O, tədbirin məzmun, logistika və iştirakçılar baxımından yaxşı təşkil olunduğunu bildirib.
“Bu forumu təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm”, - Gürcüstanın sabiq prezidenti əlavə edib.
Marqvelaşvili forum çərçivəsində Gürcüstanda baş verən hadisələrdən də danışmaq niyyətində olduğunu qeyd edib. "Hazırda Gürcüstanda sabitlik ciddi şəkildə pozulub, çünki hakimiyyət faktiki olaraq Rusiya və Kreml yönümlü siyasətə keçib. Cəmiyyət isə bunun əleyhinədir", - o deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial