
Məkrli böhtan ritorikası: İran diplomatlarına fərqli tapşırıqlar verir -TƏHLİL
11:33 19.04.2024
Siyasət
510
İranın Ermənistandakı səfiri Mehdi Sobhani İsraili Cənubi Qafqazda "qeyri-sabitliyin" əsas mənbələrindən biri olduğunu iddia edib. Səfir daha da irəli gedərək bildirib ki, Qarabağdakı erməni əsgərləri (separatçılar -red.) İsrail silahları ilə öldürülüb.
Sobhani İsraili Cənubi Qafqazın hərbiləşdirilməsinə və regionun ayrı-ayrı ölkələri ilə İran arasında münasibətlərdə gərginliyin artmasında ittiham edib.
Görünür ki, Azərbaycan ilə İran arasında biri-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər yenidən antiazərbaycan ritorikasının davam etməsidir. İranın Ermənistandakı səfiri tərəfindən belə açıqlamar təxribat xarakteri daşıyır.
İranın erməni işğalı dövründə və ondan az sonra hansı oyunlardan çıxdığını isə Azərbaycan xalqı çox yaxşı bilir. Səfirin son açıqlaması da bir daha sübut edir ki, rəsmi Tehran şablon bəyanatlara rəğmən, Bakının Qarabağ üzərində öz suverenliyini bərpa etməsindən hələ də məmnun deyil.
Əslində sözügedən iddia müharibə dönəmində və sonrakı dövrdə də dəfələrlə gündəmə gətirilib. Yəni İran səfrinin bu açıqlaması Tehranın regionda yürütdüyü ermənipərəst və anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür.
Tehranın Ermənistan sevdası ilə bağlı "Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, İran tərəfindən dəfələrlə belə təxribat xarakterli açıqlamaların şahidi olmuşuq:

“İran bir tərəfdən Azərbaycanda münasibətlərini düzəltməyə çalışır, digər tərəfdən isə belə açıqlamalar verir. Məsələn, İranın səlahiyyət müddəti bitmiş səfiri Azərbaycanın İrandakı səfirliyi açılana qədər burada fəaliyyət göstərəcəyini bildirib. Eyni zamanda isə Tehranın Ermənistandakı səfiri fərqli şəkildə açıqlama verir. Görünür ki, İran dövləti diplomatlarına fərqli tapşırıqlar verir. Azərbaycan müstəqil ölkədir və istədiyi ölkə ilə hərbi sahədə əməkdaşlıq edə bilər. Bu ölkələrin sırasına İsrail də daxildir. Yəni biz İsraildən silah ala bilərik. Bu Azərbaycanın müstəsna, suveren hüququdur və heç kəs qarışa bilməz. Müharibə dövründə də həmin silahlardan istifadə olunması normal haldır. İrana sual vermək lazımdır ki, savaş zamanı Ermənistan Azərbaycan əsgərlərinə qarşı hansı silahlardan istifadə edirdi? Həmin silahlar hansı tranzit yollar vasitəsilə Ermənistana keçirilirdi? Niyə Ermənistana silah ötürən ölkələr arasında İranın adı var? Tehran rejimi öncə bununla bağlı Azərbaycana hesabat verməlidir. İran İsraili hansısa məsələdə ittiham etmək istəyirsə, bunu başqa müstəvidə davam etdirsin. Tehran rejiminin rəsmi Təl-Əvivlə mübarizəsini Azərbaycan-Ermənistan münasibətləri üzərindən həyata keçirməsi mənasızdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi