Millət vəkili: "Azərbaycan və Türkiyə bölgəyə sülhün gəlməsində maraqlıdırlar"
12:24 13.03.2022
Siyasət
564
“Prezident İlham Əliyevin Türkiyəyə səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır”.
Bu barədə “Sherg.az” açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, iki ölkə lideri arasında 4 saatdan artıq davam edən görüşdə bir çox vacib məsələlər ətrafında geniş müzakirələr aparılıb:
“İki dost və qardaş ölkənin dövlət başçıları müttəfiqlik münasibətləri çərçivəsində bütün məsələləri ətraflı müzakirə etdilər. Bölgədə bütün istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi apardılar. Ukrayna-Rusiya münasibətlərinin gərginləşdiyi, ermənilərin cəbhədə davamlı təxribat törətdikləri bir vaxtda belə bir səfərin gerçəkləşməsi və iki tərəfli müzakirələrin aparılması xüsusi əhəmiyyət daşıyır. Bölgədə gərginliyin artmasından isitfadə edən Ermənistan son günlər cəbhədə davamlı təxribatlar törədir. Ermənistan unutmamalıdır ki, ən kiçik təxribatın belə baş verdiyi təqdirdə Azərbaycanla Türkiyə bu məsələyə çox ciddi reaksiya verəcəklər”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətlərin normallaşmasında və bölgəyə sülhün gəlməsində maraqlıdırlar:
“Bölgənin gələcək inkişafı münasibətlərin normallaşmasından keçir. Ermənistan öz mövqeyini konkretləşdirməlidir. Əgər sülh istəyirsə Azərbaycan sülhə müharibə istəyirsə müharibəyə hazırdır. İki eyni kökə, müştərək tarixə malik ölkələr arasında əlaqələr son illər iki ölkənin dövlət başçılarının həyata keçirdikləri uğurlu siyasət nəticəsində daha da inkişaf edib. Bu gün Azərbaycanla Türkiyə arasında əlaqələr “Şuşa Bəyannaməsi” ilə yeni mərhələyə daxil olub. İki ölkə arasında təhlükəsizlik məsələləri, enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Belə bir sənədin imzalanması gələcək əməkdaşlıq baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou