"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır".
Teleqraf xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko Bakıda Moldovanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Azərbaycan-Moldova münasibətləri və ikitərəfli əməkdaşlığın əsas istiqamətləri barədə danışan Esaulenko iki ölkə arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq mövcuddur.
Səfir Azərbaycan-Moldova dostluğunun və əməkdaşlığının daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb.