
Moskva Brüsselin vasitəçiliyindən narahatdır! – “Prosesi tormozlaya bilər”
Yusif Nəzərli
16:07 27.05.2022
Siyasət
441
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan delimitiasiya komissiyaları haqda çıxış edib. O, qeyd edib ki, mayın 24-də Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların birinci görüşü konstruktiv keçdi:
“Bu görüşdə gələcəkdə birgə fəaliyyətin təşkili məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü tamamilə konstruktiv hesab edirəm. Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün tarixi barədə hələ razılıq yoxdur. Ancaq görüşün Moskvada keçirilməsi təsdiqlənib”, - deyə Ermənistan baş nazirinin müavini vurğulayıb.
M.Qriqoryan söyləyib ki, növbəti həftə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin açılması üzrə üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.
“Bu görüşün konkret tarixinin müəyyən edilməsi razılaşdırılır. Görüşün gündəliyinə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatının icrası daxildir və delimitasiya prosesi ilə əlaqəsi yoxdur”, - M.Qriqoryan bildirib.

Baş nazir müavinləri arasında baş tutan birinci görüşü “Sherg.az”a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu ikitərəfli görüşün keçirilməsini irəliyə addım kimi qiymətləndirmək olar:
“ Amma bu o demək deyil ki, Ermənistanla delimitasiya-demarkasiya prosesi tez bir zamanda həyata keçiriləcək, sülh müqaviləsi bağlanacaq. Düşünürəm ki, növbəti görüşün Moskvada keçirilməsi prosesi tormozlaya bilər. Çünki erməni tərəfi konkret olaraq, burada prosesləri manipulyasiya edə, vaxtı uzada bilər. Ona görə də Ermənistan tərəfinin nə deməyindən asılı olmayaraq, biz prosesə baxmalıyıq və onların praktiki addımlarına fikir verməliyik. Əgər rəsmi İrəvan real addımlar atmasa, əlbəttə ki, Azərbayacan təzyiqlərə əl atmalıdır”.
Politoloqun fikrincə, Moskva Brüsselin vasitəçiliyindən narahatdır:
“ Onların fəaliyyətini pozuculuq kimi xarekterizə edirlər. Hesab edirəm ki, Rusiya tərəfi əvvəldən bu prosesdə üçtərəfli komissiyanı formalaşdırılmasına çalışırdı. Lakin buna nail ola bilmədi. Amma ermənilərə təlimat verəcək, işi pozmağa çalışacaqlar.
Düşünürəm ki, bir görüşlə hansısa nəticə əldə olunmayıb. Hələ ki, sərhədlıərin dəqiqləşdirilməsi prosesi başlamayıb. Bunu tanışlıq görüşü kimi də xarekterizə etmək olar.
Fikrimcə, Azərbaycan və Ermənistan üçün əsas vasitəçi Brüsseldir. Avropa İttifaqı delimitasiya-demarkasiya prosesində müəyyən irəliləyiş üçün töhfə verə bilər.
Qeyd edim ki, bu, uzun bir prosesdir. Burada əsas hədəf anklavların, Qazaxın 7 kəndinin və Kərkinin Azərbayacana qaytarılmasıdır. Proses hələ qarşıdadır və Ermənistan tərəfi bu komissiyanın işini müəyyən dərəcədə dayandıra bilər”.
Məlumat üçün qeyd edək ki, mayın 24-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə