Moskva tələsir! - KTMT-nin Monitorinq Mərkəzini bölgəyə gətirir? – Kodlar açılır!
Banuçiçək Kalbalıyeva
11:10 11.08.2021
Siyasət
695
“Kreml üçtərəfli razılaşmadan boyun qaçırmağa və gündəmi dəyişməyə çalışır. Bu, çox güman, sərhədlərin müəyyənləşməsi ilə bağlıdır”
“Rusiya bilir ki, dörd ildən sonra sülhməramlılar Qarabağdan çıxmalıdırlar”
MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistanda işçi səfərdə olan Stanislav Zas bu gün Ermənistanın Vedi rayonundakı Arazdəyən (Erasx) kəndindəki hərbi mövqelərdə olub. Onu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Andranik Makaryan müşayiət edib. Arazdəyəndə , Naxçıvanın Sədərək rayonunun Heydərabad kəndi ilə üzbəüz məkandakı mövqedə olarkən o, sərhəddəki situasiya ilə tanış olub. S.Zas sərhəddəki dayaq mövqesində erməni hərbçilərlə söhbət edib. O, Ermənistanın Müdafiə Nazirliyini problemi sülh yolları ilə həll etmək istiqamətində daha aktiv çalışmağa çağırıb. Məhz Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutulur.
S.Zas İrəvanda olarkən bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədindəki insidentlər KTMT üzvü olan Ermənistanın təhlükəsizliyi üçün təhdiddir.
"Mütəşəkkil şəkildə, o cümlədən Ermənistanın müvafiq dövlət strukturlarının köməyi ilə monitorinqlər keçiririk. Təbii, hesab edirik ki, sərhəddəki insidentlər KTMT üzvü olan Ermənistanla yanaşı, KTMT-nin Cənub məsuliyyət zonası üçün təhdiddir. Problemin həll yollarına gəldikdə isə, düşünürük ki, situasiyanın siyasi yollarla həll imkanları tükənməyib. Gerçəkdən də, bu, hamı üçün ən yaxşı variant olardı. Baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş anlaşmanın gerçəkləşdirilməsini, regionda sülhün bərqərar olmasını çətinləşdirir", - S.Zas deyib.
Sonra İrəvanda Nikol Paşinyanla görüşən S.Zas sərhəddəki olaylardan KTMT-nin narahat olduğunu vurğulayıb. Paşinyanla görüşündə də S.Zas problemlərin sülh yolu ilə həllinin önəmli olduğunu vurğulayıb. KTMT-də növbəti sədr rotasiya qaydası ilə Ermənistan olacaq.
Beləliklə, İrəvanda Ermənistan rəhbərliyinə faktiki olaraq xəbərdarlıq edən və sərhəddəki insidentlərin ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının gerçəkləşdirilməsinə mane olduğunu vurğulayan S.Zas həm də Ermənistan rəhbərliyinin KTMT-ni prosesə qatmaq niyyətlərinə qarşı çıxdığını aşkar deyib.
Siyasi şərhçi Asif Nərimanlı S.Zasın bəyanatını “Sherg.az”a şərh etdi:
“KTMT baş katibinin İrəvana səfəri Paşinyanın çağırışı ilə bağlı idi. Beləliklə, qurum Ermənistana dəstəyini göstərdi. İzah etdi ki, KTMT onun yanındadır və başqa “oyunçuya” ehtiyac yoxdur. Bu, həm də daxili auditoriyaya mesaj idi. Belə ki, Paşinyan məhz KTMT “kartından” yararlanaraq ictimai rəy yaradır. Bu mənada Zasın səfəri və dedikləri heç də təəccüblü deyil”.
A.Nərimanlının fikrincə, əsas proseslər “kulisdə” gedir:
“Zas İrəvanda olarkən Rusiya xarici işlər naziri Segey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng etməsi, ardınca isə Azərbaycan Müdafiə Nazirliyinin sərt açıqlaması onu deməyə əsas verir ki, “pərdəarxası oyun” gedir. Rusiya üçtərəfli razılaşmadan boyun qaçırmağa və gündəmi dəyişməyə çalışır. Bu, çox güman, sərhədlərin müəyyənləşməsi ilə bağlıdır. İkinci bir tərəfdən isə, KTMT-nin Monitorinq Mərkəzinin bölgəyə gəlişi müzakirə mövzusudur.
Moskva bunun üçün tələsir. Bilir ki, dörd ildən sonra sülhməramlılar Qarabağdan çıxmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya