Naiselin: Fransa etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır
Naiselin: Fransa etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır
13:24 18.04.2024
Siyasət
417
"Fransa müstəmləkəçilik siyasətini artıq qanunvericilik baxımından da reallaşdırmağa çalışır".
Bunu Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin bunu Milli Məclisdəki mətbuat konfransında bildirib.
O deyib ki, rəsmi Paris bununla minlərlə insanın qərarına təsir göstərmək məqsədi güdür: "Yeni Kaledoniya zaman-zaman Fransanın ilə müxtəlif müqavilələr imzalayıb. Onların vasitəsilə Fransa Yeni Kaledoniyanın müstəqilliyinə dəstək göstərməli idi. Lakin bu gün Fransa konstitusiyada dəyişikliklər etməklə, etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır. Bu gün Fransa öhdəliklərinə riayət etməyərək, bununla da tərəfsizlikdən kənarlaşır. Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını təyin etməklə bağlı üçüncü referendumun keçirilməsinə mane olmağa çalışır. COVID-19 pandemiyası dövründə də referendum keçirilmişdi. Bizim kimi müstəqillik tərəfdarları olan hərəkatlar bizə dəstək nümayişi etdirməyə başladılar. Referendumun nəticələrinə üçüncü baxış heç də ədalətli deyildi. Halbuki bu, bizim üçün son dərəcə vacib idi. 2020-ci ildəki referendumda əhalinin 85 faizi iştirak etmişdi, amma 2021-ci ildə isə bu rəqəm 43 faizə düşmüşdü. Bu il əyalətlərdə də seçki keçirilməli olsa da, bu proses təxirə salındı. Fransa hökuməti yerli kanak xalqına aid olmayan 30 min nəfərin referendumda iştirakını əngəlləmək də istəyirdi. Biz hesab edirik ki, dünya ictimaiyyəti bütün xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır. Biz müstəqillik uğrunda mübarizəmizi davam etdiririk".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi