Namizədlərə bərabər şərait yaradılıb – Normal kampaniya aparırlar
Turan
09:04 29.01.2020
Siyasət
766
“Bir namizəd kimi seçki prosesindən razıyam”. Bunu Sherg.az-a açıqlamasında 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı deyib. F.Şahbazlı bildirib ki, müəyyən namizədlər onlara qarşı maneçilik törədildiyini iddia edirlər. Ancaq mən bunun həqiqətə uyğun olub-olmaması haqda bir söz deyə bilmərəm:
“Lerikin 20-dən artıq kəndində görüşlər keçirmişəm. Seçki strategiyamın əsas istiqaməti qapı-qapı gəzməkdir. Seçiciləri bir otağa, zala toplamıram, özüm onların ayağına gedirəm. Hər kənddə 40-50 adam bizimlə görüşə gəlir. Ora gələn adamların heç birindən eşitmədim ki, kiməsə maneçilik törədilib, yaxud namizədlər görüşə gəlməsinə imkan verməyiblər. Görüşləri əks etdirən fotoları da Feysbukda gündəlik paylaşıram. İndiyə qədər hansısa seçici mənə zəng edib deməyib ki, görüşdən sonra ona təzyiq edilib. Yəni belə bir faktla qarşılaşmamışam”.
Gənc namizədin sözlərinə görə, bəzi namizədlərin qanun pozuntuları ilə bağlı iddiaları həqiqət olsa belə, bu, sadəcə yerlərdə hansısa fərdlər səviyyəsində baş verə bilər:
“Ümumi formada ölkə başçısının siyasi iradəsi nəticəsində Azərbaycanda kifayət qədər azad və demokratik seçki prosesi gedir. 9 fevral seçkiləri də xalqımızın siyasi iradəsini ifadə edəcək. Vətəndaşlarımızın siyasi aktivliyi də ötən illərlə müqayisədə xeyli artıb. Sosial şəbəkələrin gücü elə səviyyəyə çatıb ki, Lerikin ucqar kəndlərində belə seçicilər namizədlərin bütün fəaliyyətini yaxından izləyirlər və qiymət verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya