
Natiq Cəfərli: Yaxın günlərdə parlament buraxılmalıdır
Natiq Cəfərli: Yaxın günlərdə parlament buraxılmalıdır
08:15 23.04.2024
Siyasət
533
Avqustda, ən geci isə sentyabrın ilk həftəsində parlament seçkiləri keçiriləcək
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi çoxdan gündəmdədir. Konstitusiyanın tələbi olunan müddət yaxınlaşdıqca bu mövzuda irəli sürülən fikirlər məsələni daha da aktuallaşdırır.
Səbəb isə 2024-cü ilin noyabr ayında Azərbaycanın dünyamiqyaslı və geniştərkibli tədbir olan COP29-a ev sahibliyi edəcəyi ilıə bağlıdır. Bu iki böyük və mühüm tədbirin eyni zamanda keçirilməsi real görünmədiyi üçün parlament seçkilərinin daha tez keçiriləcəyi gözləniləndir.
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli də “Sherg.az”a açıqlamasında deyib ki, noyabr ayına qədər seçkilər keçiriləcək:

“Azərbaycanda növbəti parlament seçkiləri noyabrın ilk həftəsində keçirilməlidir. Konstitusiyanın 84-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. 84-cü maddənin 2-ci bəndində əlavə edilir, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü, yəni 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.
Noyabrda isə ölkəmizdə çox vacib beynəlxalq əhəmiyyəti böyük bir tədbir, COP29 keçiriləcək. Hansı ki, bu tədbir üçün Bakıya 80-10 min qonaq gələcək. 100 ölkənin dövlət başçılarının iştirakı gözlənilir. Bu səbəbdən parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi istisna deyil. Vaxtından gec keçirilməsi mümkün deyil, bunun üçün Konstitusiya dəyişməlidir. Bu baxımdan avqustun, ən geci isə sentyabrın ilk həftəsindən parlament seçkilərinin keçiriləcəyini düşünürəm. Onu da deyim ki, seçki əgər noyabrın ilk həftəsində olmayacaqsa, parlament növbədənkənar keçirilməlidir. Sentyabrda, oktyabrda olsa belə, prosedura görə parlament buraxılmalıdır və yenidən seçki keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi