NATO nə qədər istəyir genişlənsin
Yusif Nəzərli
06:24 24.05.2022
Siyasət
339
Amma Türkiyə də öz təhlükəsizlik maraqlarını qorumaqda haqlıdır
“NATO-ya üzv olmaq üçün müraciət etmək Finlandiya və İsveçin müstəsna hüququdur”. Bu barədə siyasi şərhçi Araz Aslanlı deyib. Ekspert bildirib ki, ümumiyyətlə, mümkün işğala qarşı özünü təkbaşına qoruya bilməyəcəyini düşünən bir dövlətin başqaları ilə hərbi ittifaq qurmağa, mövcud ittifaqlara qoşulmağa çalışması onun dəyərləndirməsi ilə bağlı məsələdir:
“Kənar diktə ilə ola bilməz. Rusiya "təlim keçirirəm" deyərək qonşu dövlətin sərhədinə ordu yığır, sonra hücuma keçirsə, digər qonşu dövlətlərin özlərini müdafiə üçün əlavə imkanlar qazanmaq istəməsi də normal haldır. NATO dəyərlərlə bağlı təşkilat deyil, hərbi ittifaqdır. Soyuq müharibənin əsərlərindən biridir. Soyuq müharibədən sonra müxtəlif səbəblərə görə varlığını davam etdirib. NATO-ya üzvlük birbaşa təhlükəsizliklə bağlı qərardır. Dünyada dəyərləri qorumaq üçün atılmış bir addım deyil. Amma bu qərar qəbul edən tərəfə müdafiə imkanları da qazandıra bilər, əlavə təhlükəsizlik riskləri də. Əslində bu, istənilən hərbi ittifaq üçün belədir. Bir hərbi ittifaqa qoşulmaq dövlətlər üçün həm əlavə müdafiə çətiri, həm də o ittifaqın rəqibi, ya da düşməni tərəfindən zərbəyə məruz qalmaq riski yaradır”.
A.Aslanlı vurğulayıb ki, necə ki, Finlandiya və İsveç öz təhlükəsizlik maraqlarından çıxış edərək NATO-ya üzvlük məsələsini gündəmə gətirir, Türkiyə də konyekturadan istifadə edərək öz təhlükəsizlik maraqlarını daha çox təmin etmək üçün təşəbbüslər göstərə bilər:
“Bu addımlardan birini dəyər, digərini dəyərsizlik kimi təqdim etməyə çalışmaq ya beynəlxalq münasibətlərin xarakterini bilməməkdir, ya da hansısa bir tərəfə qarşı qərəzli yanaşmanın nəticəsidir. Süveyş böhranı zamanı SSRİ İngiltərə və Fransanı atom bombası atmaqla hədələyəndə bu iki dövlətin dəstək tələbinə ABŞ mənfi cavab vermişdi. SSRİ-nin istəklərini yerinə yetirməyə dəvət etmişdi. Yəni bu işlər hər zaman belə olub. Hər dövlət ilk növbədə öz təhlükəsizlik maraqlarına məsuldur, sonra regional və qlobal təhlükəsizlik mühitinə..”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual