NATO sammitində Ukrayna böhranı: Qərb liderləri Zelenskini güclə sakitləşdiriblər
NATO sammitində Ukrayna böhranı: Qərb liderləri Zelenskini güclə sakitləşdiriblər
Yusif Nəzərli
09:33 13.07.2023
Siyasət
395
NATO-nun Litvanın paytaxtı Vilnüsdə keçirilən sammiti Ukraynanın gözləntilərini doğrultmayıb və bu da Prezident Volodimir Zelenskinin narazılığına səbəb olub. Nəticədə dövlət başçısı əsəbiləşib və soyuqqanlılığını itirib.
“Report” xəbər verir ki, bunu ABŞ-ın “Bloomberq” nəşri yazıb.
Məlumata görə, V.Zelenski danışarkən tez-tez səs tonunu yüksəldib. Alyans ölkələrinin liderləri onu güclə sakitləşdiriblər.
Ukrayna liderinin əsəbləşməsinin əsas səbəbi kimi Kiyevin NATO-ya üzv qəbul olunması ilə bağlı konktet tarixin açıqlanmaması göstərilir. Vurğulanıb ki, onun bu ritorikası Ukraynaya dəstək verən Qərb liderlərinin xoşuna gəlməyib. Şam yeməyi zamanı dövlət və hökumət başçıları Ukrayna Prezidentinə iradlarını bildirib və sakit olmağın zəruriliyini diqqətə çatdırıblar.
G7 (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti barədə qərarından sonra isə V.Zelenski sakitləşib.
“Blomberq” yazıb ki, V.Zelenskinin davranışları bir sıra Qərb rəsmilərini də qıcıqlandırıb və onları danışmağa vadar edib. Böyük Britaniyanın müdafiə naziri Ben Uels söyləyib ki, Ukraynanın özünün silah-sursatı, texnikası yoxdur, ona görə də sadəcə müttəfiqlərə təşəkkür etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm