Naxçıvan Baş Gömrük İdarəsinin rəis əvəzi: “Şəffaflıq təmin olunacaq”
Yusif Nəzərli
08:25 06.12.2022
Siyasət
406
Dekabrın 5-də Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib ki, görüşdə məqsəd gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır. Ölkə iqtisadiyyatı və xarici ticarətin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan zəruri addımlardan bəhs edən DGK sədrinin müavini, eyni zamanda gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması üçün görülən işlər barədə danışıb.
Bəhruz Quliyev vurğulayıb ki, gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır, həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər gerçəkləşir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi istiqamətində yeniliklər həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir, nəzarət sistemi gücləndirilir. Qeyd edilib ki, sahibkarlarla yanaşı, gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırmalı, gömrük sistemində nəzarətlə yanaşı, xidmət mədəniyyəti də formalaşdırılmalı və biznesin inkişafına bu yöndə dəstək verilməlidir.
Diqqətə çatdırılıb ki, bu gün görülən mühüm işlərdən əhəmiyyətlisi gömrük orqanlarının fəaliyyətinin digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılmasıdır. Bu istiqamətdə görüləcək işlər gömrük hüquqpozmalarına qarşı mübarizənin effektivliyini artıracaq, digər ölkələrin gömrük orqanları ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili gömrük vergi və rüsumlarından yayınmalara yönələn cəhdlərin qarşısını alacaq.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev gömrük işinin təkmilləşdirilməsi barədə sahibkarları məlumatlandıraraq bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.
Diskussiya şəraitində keçən görüşün sonunda sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları ətraflı cavablandırılıb, bir çox məsələlər yerindəcə həll olunub, verilən təkliflər dəyərləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət