Nazir:“Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Ermənistan üçün də vacibdir”
Yusif Nəzərli
10:23 07.06.2022
Siyasət
423
“Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Ermənistan üçün də vacibdir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, münasibətləri normallaşdırmaq və inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistana lazımdır.
Xarici siyasət qurumunun rəhbəri Ermənistandan da bu yöndə bəzi müsbət mesajların olduğunu bildirib.
“Biz bunları müsbət addımlar kimi görürük... Qonşu ölkələrlə - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla inkişafın zəminini yaratmaq hamıdan çox Ermənistana lazımdır. Çünki onun işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa heç nə gətirməyib. İrəvan bunu anlamalı və düzgün nəticə çıxarmalıdır”, - deyə o vurğulayıb.
Zəngəzur dəhlizi üzrə danışıqlara toxunan Bayramov Ermənistanın müxtəlif bəhanələrlə onu uzatmaqda davam etdiyini bildirib.
“Ermənistan regionda ən məhdud nəqliyyat vasitələrinə malik ölkədir və bu səbəbdən sözügedən layihənin (Zəngəzur dəhlizi - red.) həyata keçirilməsi regionun digər ölkələri kimi Ermənistan üçün də vacibdir”, - deyə XİN rəhbəri bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə