Nemət Pənahlının avtomobili borca görə hərracda satıldı
Yusif Nəzərli
08:00 06.05.2025
Siyasət
261
"Vergi borcuna görə mənə məxsus avtomobilin üzərinə həbs qoyulmuşdu. Bunun üçün Ali Məhkəməyə kasassiya şikayəti vermişik. Amma hələ məhkəmə bununla bağlı hər hansı bir qərar çıxartmayıb. Buna baxmayaraq, bir müddət öncə biri gəlib ki, bəs mən hərrac yolu ilə sizə məxsus avtomobili almışam".
Bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin hərrac yolu ilə başqa şəxsə satılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, iş Ali Məhkəmədə ola-ola hərrac keçirib, avtomobili dəyərindən üç qat aşağı qiymətə başqa şəxsə satıblar: “Hərracın nə vaxt, kimlərin iştırakı ilə keçirilməsindən xəbərim olmayıb. Sadəcə, bir nəfər gəlib ki, avtomobili almışam aparacağam. Qiymətləndirmənin nə vaxt, harada olması ilə bağlı heç bir informasiya verilməyib. Gələn adama sual verirəm ki, bazarda 26 min manata 2010-ci il buraxılışı olan və 2018-ci il modelə yığılan “Toyota Land-Cruiser” varmı? Deyir, nə bilim mən almışam”. Yenə sual verirəm ki, avtomobili görmədiyin halda onu necə ala bilərsən? Susur, cavab verə bilmir”.
Nemət Pənahlı avtomobili yandıracağını, onlara verməyəcəyini bildirib: “Avtomobilin bütün sənədləri məndədir və heç kəs də zorla onu ala bilməz. Əgər vergi borcuma görə satış təşkil edilirsə, o bazar qiymətinə uyğun dəyərləndirilməlidir. Eyni zamanda hərrac haqqında mənə məlumat verilməlidir”.
Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Cruiser” avtomobil vergi borcuna görə hərracda satılacaq.
Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.
Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya