Odre Azule Fransız əsillidir
Yusif Nəzərli
08:10 17.11.2022
Siyasət
410
YUNESKO-nun baş direktoru Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləyib
"YUNESKO-nun baş direktoru Odre Azule Fransız əsillidir. O, Fransa "Dauphine" universitetində, həmçinin Parisin siyasi tədqiqatlar İnstitutunda təhsil alıb". Bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib. O bildirib ki, Odre Azule 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın mədəniyyət və kommunikasiyalar üzrə müşaviri olub.
Daha sonra ölkənin Mədəniyyət və kütləvi kommunikasiyalar naziri vəzifəsini tutub: "Odre Azule Fransanın mövcud siyasi kursunu tam mənimsəyib, onun icraçılarından biridir. 2017-ci ildə YUNESKO-nun baş direktoru postuna gətirilən Azule bu vəzifədə çalışdığı dövrdə Azərbaycana qarşı ziddiyyətli mövqe sərgiləyib. Tutduğu beynəlxalq statuslu vəzifədən istifadə edərək, Fransanın Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasına töhfə verib. Azərbaycan 44 günlük müharibədə qələbə qazanan kimi, guya bəzi dini-mədəni abidələrin dağılması barədə Ermənistanın iddialarını əsas alaraq, bölgəyə missiya göndərilməsi istiqamətində canfəşanlıq edib. Ölkəmizin mədəni sərvətlərinin Ermənistan tərəfindən dağıdılması və mənimsənilməsi barədə YUNESKO-ya yetərli məlumatlar verilməsinə baxmayaraq, qurum Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə missiya göndərməyib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfir vəzifəsindən imtinasını YUNESKO-nun bu siyasətinə etiraz kimi də dəyərləndirmək olar".
Məlumat üçün bildirək ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi məqsədilə təşkilatın baş direktoru Odre Azuleyə məktub ünvanlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm