Ombudsman ATƏT PA-nın prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
08:47 14.11.2023
Siyasət
282
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (ATƏT PA) prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Görüşdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, sədr müavini Hikmət Babaoğlu, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov, ölkəmizin Avstriyadakı səfiri və ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli də iştirak ediblər.
S.Əliyeva görüşdə Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.
Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, insan hüquqlarının etibarlı müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.
Ombudsman Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələrin həyata keçirildiyini, dilindən, dinindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının təmin edildiyini, heç bir ayrı-seçkiliyə yol verilmədiyini qonaqların diqqətinə çatdırıb.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, hazırda bu ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini bildirib.
Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini qeyd edib.
İşğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə məlumat verən Səbinə Əliyeva dəfələrlə müraciət edilməsinə baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilmədiyini, basdırılmış minaların insanların həyatına təhlükə yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına maneə törətdiyini qeyd edib.
Ombudsman həmin ərazilərdə aparılan minatəmizləmə və bərpa-quruculuq işləri zamanı azərbaycanlılara məxsus kütləvi məzarlıqların aşkar olunduğunu, təsisat tərəfindən faktaraşdırıcı missiyaların həyata keçirildiyini bildirib, aşkarlanmış kütləvi məzarlıqlar, eləcə də Ermənistanın mina terroru ilə bağlı xüsusi hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ombudsman və milli insan hüquqları institutlarına göndərildiyini diqqətə çatdırıb.
Müvəkkil Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin daim diqqət mərkəzində olduğunu, Müvəkkilə müraciət etmək üsulları ilə bağlı açıqlamalar verildiyini bildirib.
Görüşdə Əziz Ələkbərli, Hikmət Babaoğlu, Kamal Cəfərov və Xocalı soyqırımının şahidi çıxış edib, azərbaycanlıların Ermənistan ərazilərindən məcburi olaraq köçürülməsi, vətəndaşlarımıza qarşı törədilmiş cinayət əməllərindən danışıblar. Qonaqlara vaxtilə 300 mindən çox azərbaycanlıların Ermənistandan köçürülməsi, onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələrin dağıdılması barədə geniş məlumat verilib.
Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün təmin edilməsi, gələcəkdə birgəyaşayış üçün münbit şəraitin yaradılması istiqamətində təşəbbüslər göstərildiyi, lakin Ermənistan tərəfindən bölgədə sülh quruculuğu, azərbaycanlıların geriqayıtma hüququnun təmini istiqamətində hər hansı bir addımın atılmadığı qeyd olunub.
Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm