Ombudsman Xankəndi-Laçın yolundakı dinc aksiyalarla bağlı beynəlxalq qurumlara çağırış edib
Yusif Nəzərli
09:17 20.12.2022
Siyasət
458
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xankəndi - Laçın yolu ətrafında dinc aksiyalarla bağlı beynəlxalq qurumlara çağırış edib.
Ombudsman Aparatından "Report"a daxil olan məlumatda bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri tərəfindən Xankəndi-Laçın yolu ətrafında dinc aksiyalar 9-cu gündür davam edir.
Qeyd edilib ki, aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və nəticədə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaqdır:
"Qeyd edilməlidir ki, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirir və hər hansı zəruri ehtiyaclar yaranarsa, ölkəmizöz ərazisində yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğunu da bəyan etmişdir. Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün qaynar xəttin yaradılmasıdır. Eyni zamanda, televiziya kanalları üzərindənmüntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, irəli sürülən iddialara baxmayaraq həmin yol açıqdır və ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhliz boyunca təminat yükünü daşıyırlar. Belə ki, zəruri yüklərin çatdırılmasına, humanitar məqsədli sərbəst keçidə hər hansı maneə yoxdur .Sülhməramlıların ailə üzvlərinin bu yoldan keçidinə də imkan yaradılmışdır .Eləcə də,təcili tibbi yardım maşınlarının, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi-Laçın yolu vasitəsilə sərbəst keçidinə şərait yaradılıb".
"Ombudsman olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, bir daha xarici dövlətləri, beynəlxalq qurumları, xarici media və vətəndaş cəmiyyəti institutlarını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə, Ermənistanın postmüharibə dövründə təxribatlar törətməklə davamlı olaraq sülhə zərbə vuran addımlarına münasibətdə də eyni həssaslığı nümayiş etdirməyə, bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırıram", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi