“Oracle Advisory Group”: İlk dəfə olaraq Qarabağ bölgəsində də “exit-poll” həyata keçiririk
“Oracle Advisory Group”: İlk dəfə olaraq Qarabağ bölgəsində də “exit-poll” həyata keçiririk
09:17 07.02.2024
Siyasət
376
Biz ABŞ-nin “Oracle Advisory Group” təşkilatı olaraq Azərbaycanda indiyə qədər beş seçkidə fəaliyyət göstərmişik, “exit-poll”ar həyata keçirmişik.
Bunu APA-ya açıqlamasında növbədənkənar prezident seçkilərində “exit-poll” keçirən ABŞ-ın “Oracle Advisory Group” təşkilatının tərəfdaşı Vlada Qalan deyib.
O bildirib ki, bu seçkilər çərçivəsində ölkə ərazisi üzrə 40 dairədə və 500 seçki məntəqəsində “exit-poll” keçirməyi nəzərdə tutublar: “Exit-poll”un nəticələri bu gün seçkilər başa çatdıqdan - saat 19:00-dan sonra elan ediləcək. Bir nüansı qeyd etmək istəyirəm ki, biz ilk dəfə olaraq Qarabağ bölgəsində də “exit-poll” həyata keçiririk. İşğaldan azad olunmuş ərazilər üzrə 6 seçki məntəqəsində “exit-poll” həyata keçirilir ki, bu, bizim üçün də tarixi məqamdır”.
Vlada Qalanın sözlərinə görə, seçki ilə bağlı əhval-ruhiyyə inanılmaz dərəcədə optimistdir: “Bildiyiniz kimi, biz seçkiqabağı sorğu keçirmişdik və seçkiqabağı sorğuda Prezidentə böyük dəstək ifadə olunmuşdu ki, bu da sürpriz deyil, Qarabağda qələbəyə və torpaqların azad edilməsinə görə belə inanılmaz müsbət mühit var”.
“Exit-poll”la bağlı hazırlığa gəlincə, Vlada Qalan vurğulayıb ki, bu, kifayət qədər rəvan proses olub, lakin vaxta görə komanda ilə çox sürətlə iki təlim keçirilib: “Bu, həmişə vaxt aparan prosesdir. ABŞ-dan olan komandamız burada yerli komanda ilə təlimlər keçirdi. Bu proses hər zaman ən uzun sürən prosesdir, ancaq biz bunu zamanında tamamladıq. Biz bütün ölkəyə komanda yerləşdirmişik, ən vacibi isə Qarabağda komandamız var. 30 nəzarətçimiz və 1000-dən çox müsahibə götürən əməkdaşımız var, çox böyük komandadır. Məlumat mərkəzində isə 20-dən çox nəzarətçimiz və 40 məlumat analitikimiz fəaliyyət göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm