
Özbəkistanda yeni mərhələ: "Uğurlu siyasi nəticədir" - ŞƏRH
12:16 10.07.2023
Siyasət
473
Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səslə qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib ki, Ş.Mirziyoyev bu nəticə ilə yenidən Prezident seçilib. Liberal-Demokrat Partiyasının lideri olan Şavkat Mirziyoyevin namizədliyini Sahibkarlar və işgüzar insanlar Hərəkatı irəli sürüb.
Məlumata görə, digər iddiaçılar - Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, “Ədalət” - Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Maxmudov 4,43 faiz, Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov Abdşukur Xamzayev 3,74 faiz səs toplayıb.
Özbəkistandakı prezident seçkilərini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Azər Həsrət deyib ki, Şovkat Mirziyoyevin qalib gəlməsi gözlənilən idi:

"Mirziyoyevin qalibiyyəti azərbaycanlıların da ürəyincədir. O, Özbəkistan prezidenti olmaqla yanaşı, Türk dünyasına, özəlliklə Azərbaycana münasibətdə arzuolunan liderdir. Özbəkistan Azərbaycan üçün doğmadır.
Qardaş Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən lider seçilməsinin ardınca Şavkat Mirziyoyevin qalibiyyəti Türk dünyası üçün çox sevindirici siyasi nəticədir. Həm Şavkat Mirziyoyev, həm də R.T.Ərdoğan Türk dünyasının daha da irəliləməsi üçün cəkafeşlik edirlər. Bu sırada Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsi üçün real addımlar atan Prezident İlham Əliyev də var.
Artıq TDT ilə bağlı daha arxayın fikirlər səsləndirə bilərik. Öz növbəsində töhfələri olan qardaş Qazaxıstanın lideri Kasım-Jomart Tokayevin prezident seçilməsini də vurğulamalıyıq. Eləcə də, Qırğızıstanın uzun illər qeyri-sabitlik hökm sürürdü. Sabitlik dönəminin başlaması və prezident Sadır Japarovun TDT yönündə fəaliyyətləri də xüsusi qeyd edilməlidir. Türkmənistanda da daha gənc prezident var, onunla bağlı da problem yoxdur. Dövlət olaraq davranışları fərqlənsə də, özlərini TDT-dən ayrı hiss etmirlər.
Ş.Mirziyoyev və Özbəkistan yeni mərhələyə qədəm qoydu. Qarşıdakı 7 il ərzində Özbəkistanın böyük uğurlar qazanacağı şübhəsizdir. Ş. Mirziyoyevdən gözləntilərimiz var; özbək dilinin milli hakimiyyətinin tam təmini, Özbəkistanın bütövlükdə latın əlifbasına keçməsinin gerçəkləşdirilməsidir. 2023-cü ildə proses bitməli idi, əngəllər oldu. Ümid edirik ki, Ş.Mirziyoyev bu məsələni kölündən həll edəcək".
Qeyd edək ki, Ş.Mirziyoyev 1957-ci ildə anadan olub. 2003-cü il dekabrın 11-də Özbəkistanın Baş naziri vəzifəsinə təyin olunub. O, ilk dəfə 2016-cı il dekabrın 14-də Özbəkistan Prezidenti seçilib.
2021-ci ilin oktyabrında keçirilən seçkilərdə yenidən qalib gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya