PA-nın şöbə müdiri: Sabitliyə zərbə vurmaq istəyən qüvvələr təbliğatlarını ideoloji müstəvidə aparırlar
Yusif Nəzərli
11:18 27.02.2025
Siyasət
294
“Üsyankar kütlənin formalaşdırılmasına xidmət edən layihələr...”
“Üsyankar kütlənin formalaşdırılmasına xidmət edən layihələr gənclərin ictimai şüurunda “milli” və “dövlətçilik” kimi məfhumların dəyərsizləşdirilməsinə yönəlib”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
PA rəsmisi deyib ki, ictimai-siyasi münasibətlərdə sağlam mühitin təmin olunması məsələsi dövlətin strateji resursudur və bu amil bilavasitə milli təhlükəsizliyin təmin olunması vəzifəsi ilə əlaqəlidir: “Təsadüfi deyil ki, sabitliyə zərbə vurmaq istəyən qüvvələr öz təbliğatlarını məhz ideoloji müstəvidə aparırlar. Beynəlxalq təcrübəni nəzərə alaraq deyə bilərik ki, məkrli qüvvələrin mövcud istiqamətdəki təşəbbüslərinin strateji hədəfi konkret cəmiyyətdə etiraz mədəniyyətinin formalaşdırılmasıdır”.
“Xüsusən də qeyri-ənənəvi oriyentasiyalı gənclərdən istifadə olunur”
PA rəsmisi bildirib ki, digər ölkələrin yaxın tarixində buna dair örnəklər var: “Bu məqsədə nail olmaq üçün psevdoliberal şüarlardan və gənclərdən, xüsusən də qeyri-ənənəvi oriyentasiyalı gənclərdən istifadə olunur. Üsyankar kütlənin formalaşdırılmasına xidmət edən bu cür layihələr əsasən gənclərin ictimai şüurunda “milli” və “dövlətçilik” kimi məfhumların dəyərsizləşdirilməsinə yönəlib. Bunlar hamısı ideoloji müstəvidə Azərbaycana qarşı aparılan hibrid müharibənin bilavasitə tərkib hissəsidir”.
“Şübhə doğuran layihələrdə partiya üzvlərinin iştirakı qətiyyən yolverilməzdir”
Şöbə müdiri vurğulayıb ki, dövlətçilik mövqelərindən çıxış edən və xalqın rifahını arzulayan bütün siyasi partiyalar bu cür hallar ilə mübarizədə aktiv iştirak etməlidir: “Arzuolunmaz, şübhə doğuran layihə və tədbirlərdə partiya üzvlərinin iştirakı qətiyyən yolverilməzdir. Siyasi partiyalar təşkil etdikləri tədbirlərdə “milli təfəkkür”, “milli özünəməxsusluq”, “suverenlik”, “milli dəyərlər”, “milli özünüdərketmə” və digər bu kimi mövzulara xüsusi diqqət ayırmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kann kinofestivalının qalibləri onlardır
08:20 25.05.2026
Mədəniyyət
Sarımsaq sevərlərə pis xəbər
07:51 25.05.2026
Maraqlı
Çia toxumunun faydaları
07:17 25.05.2026
Sağlamlıq
Apple 10 ildən sonra ilk dəfə telefon qiymətlərini qaldırır
06:44 25.05.2026
Texnologiya
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual