Parisin ittihamı simasızlığın ən son həddidir
Turan
08:20 20.11.2020
Siyasət
739
"Fransanın muzdlu legionundan ən ağır müharibə cinayətlərində istifadə olunur"
“1831-ci ildən bu günə kimi muzdlulardan ibarət ordu saxlayan Fransanın Azərbaycanı muzdlulardan istifadə etməkdə ittiham etməsi simasızlığın ən son və bəlkə də misli görünməmiş həddidir”. Bu sözləri siyasi ekspert, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Analitik vurğulayıb ki, hazırda Fransanın muzdlulardan ibarət “Fransız Xarici Legionu”nda 140 ölkənin təmsilçisi var: “Xarici legion Fransa ordusunun yeganə hərbi birləşməsidir ki, muzdlular xidmətə qəbul edilərkən Fransaya deyil, legiona sədaqət andı içirlər.
Bu, onların Fransa vətəndaşı olmaması ilə izah edilsə də, əslində başqa səbəbləri var. Fransaya and içən hərbçilər ölkənin konstitusiyasının prinsiplərini qorumağa borcludurlar.
Amma “legiona and içənlər”in belə bir öhdəliyi yoxdur və bu səbəbdən Fransanın muzdlu legionundan ən ağır müharibə cinayətlərində istifadə olunur”.
E.Mirzəbəylinin sözlərinə görə, yarandığı gündən Fransız Xarici Legionunda yüz minlərlə muzdlu xidmət keçib:
“Bu günə qədər Fransanın müstəmləkələrində həyata keçirilən qanlı əməliyyatlarda 40 mindən artıq itki verilib. Fransa muzdlularının qanlı və amansız cinayətləri Əlcəzair, Mərakeş, Tunis, Madaqaskar, Qərbi Afrika, Mərkəzi Afrika, Ruanda, Zair, Qabon, Somali, Konqo, Kamboca kimi ölkələrdə indiyədək unudulmayıb.
Elə indinin özündə də Fransa özü üçün həssas olan regionlarda - Yuxarı Korsika, Fransız Qvianası və Mayottada muzdlulardan ibarət xüsusi hərbi birləşmələr saxlayır.
Bax, budur Fransanın gerçək siması. 2018-ci ilin statistikasına görə, 11 alay və bir bölmədə 9 min nəfərə yaxın muzdlu saxlayan Fransanın başqalarına qarşı “muzdlu” ittihamı ilə çıxış etməsini, qənaətimə görə, ən yaxşı halda “riyakarlığın təntənəsi” kimi dəyərləndirmık olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm