
Parlamentari: Çin Azərbaycan üçün mühüm strateji tərəfdaş statusunu qoruyub saxlayır
09:08 10.06.2025
Siyasət
410
Vüqar Bayramov: Bu əməkdaşlıq yalnız ticarət deyil, daha geniş geosiyasi və strateji məna daşıyır
Son illər Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə inkişaf etməkdədir. İkitərəfli ticarət dövriyyəsinin artması, investisiya qoyuluşlarının genişlənməsi və strateji sahələrdə əməkdaşlıq təşəbbüsləri bu münasibətlərin dərinləşdiyini göstərir. Çin artıq Azərbaycanın həcminə görə 4-cü ən iri ticarət tərəfdaşı, ixrac baxımından isə 2-ci yerdə qərarlaşıb. Bu faktlar Çinin Azərbaycandakı səfiri Lu Meyin brifinq zamanı səsləndirdiyi fikirlərdə də öz əksini tapıb. Səfirin sözlərinə görə, 2025-ci ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz artım deməkdir. Mövcud əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. Tərəflər artıq yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur və digər sahələrdə də birgə layihələr və strateji təşəbbüslər üzərində çalışırlar. Bu tendensiya Azərbaycan-Çin münasibətlərinin təkcə iqtisadi deyil, həm də texnoloji və strateji baxımdan yeni mərhələyə keçid etdiyini göstərir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sherg.az-a bildirib ki, Çin ilə Azərbaycan arasında ticarət əlaqələrinin artması və iqtisadi münasibətlərin dərinləşməsi son illərdə daha da nəzərəçarpacaq hala gəlib:

“Hazırda Çin Azərbaycanın ən böyük idxal tərəfdaşıdır. Əgər əvvəlki illərdə Azərbaycan əsasən Rusiya və digər qonşu ölkələrdən məhsul idxal edirdisə, bu tendensiya dəyişməkdədir. Son dövrlərdə idxalda Çin məhsullarının payı əhəmiyyətli dərəcədə artıb ki, bu da iki ölkə arasında iqtisadi münasibətlərin gücləndiyini göstərir. 2024-cü ilin statistikasına əsasən, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 7,7 faiz artaraq 3,7 milyard ABŞ dollarına çatıb. Bu artım təkcə mal dövriyyəsi ilə məhdudlaşmır. Həm də birbaşa investisiyaların həcmi üzrə də müsbət dinamika müşahidə olunur. Çin şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə nəqliyyat, enerji, infrastruktur və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrin təşviqi, əlaqələrin daha strateji xarakter aldığını göstərir”.
Parlamentari qeyd edib ki, Çin Azərbaycan üçün mühüm strateji tərəfdaş statusunu qoruyub saxlayır:
“Prezident İlham Əliyevin Çinə son rəsmi səfəri zamanı imzalanan sənədlər və aparılan danışıqlar, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyinə dair əhəmiyyətli siqnallar verir. Bu razılaşmalar həm iqtisadi, həm də siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Mövcud proses hər iki tərəfin qarşılıqlı maraqlarına uyğun şəkildə inkişaf edir. Azərbaycan üçün Çin həm alternativ bazar, həm də texnoloji və maliyyə imkanları baxımından əhəmiyyətli tərəfdaşdır. Çin isə Azərbaycanın tranzit potensialı və enerji ehtiyatlarından faydalanmaqla regionda nüfuzunu artırmağa çalışır. Beləliklə, bu əməkdaşlıq yalnız ticarət deyil, daha geniş geosiyasi və strateji məna daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə