
Parlamentari: Rəsmi Parisin siyasi fəaliyyəti qətiyyən sülhə dəstək vermir
13:37 17.05.2024
Siyasət
502
Tarix boyu Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan Kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır.
Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa Hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq edirdilər.
Onlar Fransa Hökumətini dialoqa çağırırdılar və Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyatın məhsulu adlandırırdılar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa Hökuməti layihəni artıq Fransa Parlamentinin hər iki palatasında zorla qəbul etdirib və hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır. Hazırda Yeni Kaledoniyada baş verən hadisələr Fransa Hökumətinin demokratik yola deyil, zor gücünə üstünlük verməsi və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir.
Fransa rəsmiləri, xüsusən də Daxili işlər və Dənizaşırı ərazilər naziri Jerard Darmanin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək, ən əsası kolonial siyasətdən əl çəkmək əvəzinə başqa dövlətləri ittiham etmək riyakarlıqdır. “Azad fransız mediası” küçədə güllənənən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir.
Fransanın müstəmləkəçiliyindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov “Sherg.az”a bildirib ki, rəsmi Parisin siyasi fəaliyyəti qətiyyən sülhə dəstək vermir:

“Olimpiyadanın şüarı sülhə və həmrəyliyə dəstək deməkdir. İndiyə qədər imperialist və müstəmləkəçilik siyasəti həyata keçirən Fransada Olimpiyada oyunlarının baş tutması sülhə, əmin-amanlığa, həmrəyliyə heç bir töhvə göstərməyəcək. Digər tərəfdən rəsmi Parisin öz daxilindəki məsələləri həll edə bilmədən fəaliyyətlərini daha da genişləndirərək Azərbaycanı günahlandırmağa haqqı yoxdur. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və kiminsə ərazisində gözü yoxdur. Azərbaycan beynəlxalq hüquqa söykənir və sülhə, qarşılıqlı iqtisadi münasibətlərə üstünlük verir. Eyni zamanda, demokratik prinsipləri əsas meyar kimi qəbul edir. Fransa isə 30 ildir Azərbaycanın daxili işlərinə “burnunu soxur” və Ermənistan kimi müharibə carçısı olan dövləti himayəsində saxlayır. Bu gün bölgədə sülhün əldə olunmasına ciddi şəkildə mane olmağa çalışır. Rəsmi Paris daxilindəki demokratik prosesi həll edə bilmirsə, digər ölkələrdə də bu barədə danışmağa haqqı çatmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm