
Parlamentari: Təhlükəsizliyə qarşı olan təhdidlərlə birgə mübarizə çox vacibdir
11:52 13.05.2025
Siyasət
536
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib. Dövlət başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxundu və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirdi. Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı. Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı.
Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Sherg.az-a Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişin vəzifəyə təyinatından sonra ilk dəfə məhz Azərbaycana səfəri çox mühim əhəmiyyət kəsb edir:

“Bu iki ölkə arasındakı müsbət əlaqələrin, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətin təzahürüdür. Türkiyə və Azərbaycanın önəmi dünya miqyasında çox yüksəkdir. Regionda iki ölkə arasında olan əlaqələr tək ümumi maraqlar üçün deyil, eyni zamanda dostluq münasibətidir. Bu mənada təhlükəsizliyə qarşı olan təhdidlərlə birgə mübarizə çox mühim əhəmiyyətə malikdir. Azərbaycan regionda iqtisadi, siyasi və hərbi baxımdan öz sözünü deyən, müstəqil siyasət aparan dövlətdir. Ukrayna-Rusiya arasında müharibə üçün atəşkəsin imzalanmasının Türkiyədə baş tuta biləcəyi fikri dünya çapında qardaş ölkənin hansı gücə sahib olduğunu göstərir. Pakistan-Hindistan arasındakı münasibətlərdə NATO-nun ən döyüşkən ordusu olan Türkiyə rəhbərliyinin sözünün keçməsi vacib məsələdir. İran və İsrail məsələsində Azərbaycan ilə Türkiyənin rolu önəmlidir. İki ölkə arasında birgə təlimlər, Azərbaycan ordusunun NATO standartlarına uyğun inkişaf etdirilməsi, Ermənistan ilə Azərbaycanın sülhlə bağlı addımlarında Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının rolu danılmazdır. Sözügedən toplantı gələcək inkişaf perspektivi olan bir görüşdür”.
Xəbər lenti
Hamısına bax
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm