Parlamentli idarəetmə sistemi dəyişməyəcək
Yusif Nəzərli
08:48 16.11.2022
Siyasət
363
Müxalif qüvvələrin Paşinyana qarşı təzyiqləri əbəsdir
Ermənistanın “Past” nəşri yazıb ki, Baş nazir Nikol Paşinyan 2023-cü ilin mart-aprel aylarında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək istəyir.
Bildirilib ki, Paşinyan aidiyyəti qurumlara referenduma hazırlıq işlərinin başlaması ilə bağlı tapşırıq verib. Qəzetin məlumatına görə, referendumun konkret olaraq nə vaxt keçiriləcəyi və hansı dəyişikliklərin mahiyyəti hələlik məlum deyil: "Bəzi dairələr yarı-prezident idarəetmə formasına keçilməsində israr etsələr də, Nikol Paşinyan belə qərara gəlib ki, Ermənistanda parlament sistemi fəaliyyətini davam etdirməlidir”.
Konstitusiya dəyişikliklərində Türkiyəyə qarşı ərazi iddialarının da aradan qaldırılacağı deyilir. Qeyd edək ki, 2018-ci ilədək Ermənistanda prezident üsul-idarəsi olub. Həmin il ölkədə Konstitusiya dəyişiklikləri üzrə referendum keçirilib və parlament idarəçilik sisteminə keçilib.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə deyib ki, Paşinyanın sülh müqviləsinin bağlanması mövzusunda təzadlı bəyanatlar və təxribatçı hərəkətlər etməsinə baxmayaraq, proses sülh sazişinin bağlanmasına doğru gedir:
"Ermənistan tərəfi anlayır ki, Ermənistanın müqavimətindən və ya münasibətindən asılı olmayaraq, 2020-ci ilin noyabr sazişi istənilən halda yerinə yetiriləcək. Eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün həyati məsələdir.
Bunun gerçəkləşməsi üçün də Ermənistan rəsmi olaraq konstitusiyada Türkiyəyə qarşı təsbit olunmuş ərazi iddiasından imtina etmək məcburiyyətindədir. Ermənistanda yeni tətbiq olunmuş parlamentli idarəetmə sistemi mükəmməl deyil. Sistemin daha da möhkəmləndirilməsi üçün əlavə qanunların qəbul olunmasına ehtiyac var.
Müxalif qüvvələrin yenidən prezidentlik institutuna qayıtmaq cəhdləri əbəsdir. Ümumiyyətlə, parlamentli idarəetmə sistemi müasir dövrün tələbidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm