Partiyadan etiraz: "Bu ölkələrdən ədalətli mövqe gözləməyə dəyməz"
Ayyət Əhməd
06:55 14.10.2019
Siyasət
921
Böyük Quruluş Partiyası toplanıb. Təşkilatın rəhbəri Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti iclası keçirilib. Partiyadan Sherg.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiyanın bələdiyyə seçkilərində iştirakı haqqında, səlahiyyətli nümayəndələrin və maliyyə məsələləri üzrə səlahyyətli nümayəndələrin namizədlikərinin irəli sürülmsi və digər məsələlər müzakirə olunub.
Siyasi Qurulun iclası öz işinə seçkili orqan üzvləri qarşısında partiya başqanı, deputatı Fazil Mustafanın ictimai-siyasi vəziyyət mövzusunda çıxış ilə başlayıb.
İclasda partiyanın bələdiyyə seçkilərində iştirakı məsələsi geniş müzakirə olunduqdan sonra bələdiyyələrin yetərincə səlahiyyətli olmaması, Azərbaycanda bələdiyyə institutunun lazımi səviyyədə inkişaf etməməsi, yarandığı tarixdən bəri nüfuzlu yerli özünüidarətmə institutuna çevrilə bilməməməsinə baxmayaraq, əhalinin problemləri ilə yaxından tanış olmaq, yerli elektoratın rəyini öyrənmək, partiya üzvlərinin seçki təcrübələrini artırmaq məqsədi ilə Böyük Quruluş Partyasının 2019-cu ilin bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab edlilib. Bununla yanaşı bələdiyyə orqanlarının nüfuzunun artırılmasının qanunvericilikdə onların səlahiyyətlərinin artırılması ilə bağlı olduğunu vurğulanıb:
"Bu qurumun müasir dünyadakı kimi ciddi yerli özünüidarə orqanına çevrilməsi üçün icra hakimiyyətlərinin malik olduğu səlahiyyətlərin bir qisminin bələdiyyələrə ötürülməsi vacibdir".
Siyasi Qurul Böyük Quruluş Partiyasını bələdiyyə seçkilərində təmsil edəcək səlahiyyətli nümayəndələrin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin say tərkibi və həmin yerlərə partiya təmsilçilərinin, eləcə də ayrı-ayrı bələdiyyələr üzrə namizədlərin irəli sürülməsi ilə bağlı tövsiyyə xarakterli qərarlar qəbul edib və müvafiq məsələlərin Ali Məclisin təsdiqinə verilməsini məqsədəmüvafiq hesab edib.
İclasda Qarabağa müxtəlif ökələrdən çoxsaylı qonaqların forum adı adı altında səfərlərinə kəskin etiraz edilib:
"Xankəndinə "ProArtsakh”forumunda Avropa parlamentinin yunanıstanlı, Rusiyalı, ABŞ-ın Kaliforniya, Los Anceles, Corciya və Miçiqan ştatlarından olan nümayəndələrinin iştirakı Qarabağ məsələsinə ikili standart deyil, müstəqil bir dövlətə qarşı işğalçılığı açıq şəkildə dəstəkləmək xəttidir. Bu, xüsusilə, ABŞ-ın işğalçılığı sitmullaşdıran bir addımı kimi dəyərləndirilməlidir. Azərbaycan hökuməti ABŞ konqresmenlərinin bu cür saymazyana və ölkəmizə qarşı hörmətsiz münasibətinə qarşı ən sərt formada reaksiya verməlidir. Həmsədr ölkələrin nümayəndələrinin Qarabağa qanunsuz səfəri bir daha göstərir ki, Qarabağ məsələsinin həllində bu ölkələrdən ədalətli və tərəfsiz mövqe gözləmək vaxt itirməkdən başqa bir şey deyil. Millətimizin səfərbərliyi ağıllı formada gücləndirilməli və kimsəyə arxayın olmadan işğalçıları cəzalandırmanın yollarını düşünülməlidir”.
Siyasi Qurulda Türkiyənin Şimali Suriyada apardığı "Barış çeşməsi” əməliyyatına dəstək ifadə olunub:
"Böyük Quruluş Partiyası Türkiyənin ərazi bütövlüyünü təhdid edən, sərhədboyu ərazilərində yaşayan əhalinin dincliyini pozan, ələ keçirdikləri ərazilərdə əhalinin demoqrafik tərkibini zorakı yolla dəyişdirən terrorçu qruplaşmaların fəaliyyətlərinin qarşısının alınması və Türkiyəyə sığınan milyonlarla qaçqının öz doğma ölkələrinə qaytarılmasını hədəfləyən beynəlxalq hüquqa söykənən mübarizəsini dəstəkləməklə terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”. Sonda cari məsələlər müzakirə olunub və F.Mustafa iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə