Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan son durumla bağlı bəyanat verib. O, Paşinyanı “çaqqal”, erməni xalqını “xəstə” adlandırıb. Eks prezident erməni xalqının problemlərini tarixi arzularından doğduğunu vurğulayıb:
Paşinyanı Qəddafinin aqibəti gözləyir
Turan
09:04 17.11.2020
Siyasət
682
Erməni cəmiyyəti mütləq öz qəddar və cinayətkar rəhbərlərindən hesab soruşacaq
Baş nazirdən əvvəlki hərbi xunta da Qarabağda törətdiyi cinayətlərin cavabını verəcəklər
Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi müddətdə onsuz da tənəzzül içərisində çabalayan işğalçı ölkədə vəziyyət getdikcə daha da ağırlaşmaqdadır. Paşinyanın öz kadrlarını bir-birinin ardınca vəzifədən uzaqlaşdırmasının səbəbi onunla əlaqələndirilir ki, son vaxtlar həm diplomatiyada, həm də cəbhədəki məğlubiyyətlərin günahkarı guya baş nazir yox, digər vəzifə sahibləri imiş. Lakin baş nazirin yalanlarına artıq erməni cəmiyyəti inanmır. Yerli politoloqlar, tanınmış ictimai-siyasi xadimlər bu vaxta qədər Ermənistana Nikol Paşinyan kimi təsadüfi, savadsız, diktator, dövlət idarəçiliyindən bixəbər birisinin rəhbərlik etmədiyini açıq şəkildə bildirirlər. Baş naziri Nikol Paşinyan isə özünə qarşı ittihamları əsassız hesab edir və əsla istefa verməyəcəyini vurğulayır.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan son durumla bağlı bəyanat verib. O, Paşinyanı “çaqqal”, erməni xalqını “xəstə” adlandırıb. Eks prezident erməni xalqının problemlərini tarixi arzularından doğduğunu vurğulayıb:
“Erməni ağlı” barədə deyilən fikirdən böyük yalan yoxdur. Təəssüf ki, son vəba və ona olan reaksiyalar göstərir ki, biz “erməni ağlı” barədə mifdən qurtulmayaraq xəstəliyə mübtəla olmuşuq”. Petrosyan bildirib ki, bunun üçün Ermənistanda və diasporda səslənən çıxışıları izləmək kifayətdir:
“Nikol tərəfdarları, onun opponetləri hətta bu boyda vəbadan sonra özlərinin antierməni, antsemit böhtanlarından əl çəkmirlər. Bununla da növbəti dəfə subut edirlər ki, “erməni ağlı” barədə deyilənlər təkcə yanlışlıq deyil, sağalmaz xəstəlikdir”.
Paşinyan isə Serj Sarkisyanı Qarabağı satmaqda ittiham edib. Bildirib ki, Sarkisyan ərazilərin qaytarılmasına razılıq vermişdi, sənədi imzalamışdı. Paşinyan xalq məhkəməsi qarşısında durmağa hazır olduğunu bildirib:
“Dövlət başçısı kimi yaranmış vəziyyətə görə çavabdehəm. Amma cəmiyyət hər şey barədə detalları bilməlidir. Bunun üçün hərbçiləri, müxalifəti və hökuməti dinləmək lazımdır”.
Paşinyan bildirib ki, 2018-ci ilin mayında hakimiyyətə gələndə Qarabağla bağlı danışıqlar prosesi artıq geridönməz nöqtəyə çatmışdı: “Danışıqlar prosesində Qarabağın statusu müəyyən edilmədən gediləcək ərazi güzəştlərinin aydın konturları çəkilmişdi. Belə demək olarsa “heç nəyin müqabilində ərazi güzəşti...”
O bildirib ki, həmin vaxt artıq keçmiş hakimiyyət təsdiq etməyə başladı ki, guya Paşinyan Qarabağı təslim etmək niyyətindədir: “Mən bu məntiqi dəyişmək istədim. Təəssüf ki, nail ola bilmədim.
Çünki heç bir şərt olmadan ərazilərin qaytarılması barədə konsensus artıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmişdi. Biz bu konsensusu dəyişə bilmədik. Ola bilsin, vəziyyəti düzgün qiymətləndirmədik. Amma nə edə bilərdik? Bununla barışmalı idik”.
Düşmən ölkədəki vəziyyəti “Şərq”ə dəyərləndirən siyasi şərhçi Fuad Heydər bildirib ki, Ermənistan çöküşün astanasındadır və bunun əsas səbəbkarı Nikol Paşinyandır. Analitikin sözlərinə görə, “inqilab” yolu ilə hakimiyyətə gəlmiş Paşinyan “inqilab” yolu ilə hakimiyyətdən gedəcək:
“Ermənilərə onsuz da Dağlıq Qarabağ lazım deyildi. Münaqişə Ermənistan hakimiyyətinin və onların arxasındakı güclərin zaman-zaman ortaya atdıqları siyasi oyun idi. Erməni cəmiyyəti mütləq öz qəddar və cinayətkar rəhbərlərindən hesab soruşacaq. Nikol Paşinyanı Qəddafinin aqibəti gözləyir. Baş nazirdən əvvəlki hərbi xunta da Qarabağda törətdiyi cinayətlərin cavabını verəcəklər.
İndi siyasi tərəflər bir-birini ittiham edirlər. Əslində keçmiş və indiki siyasi elitanın hamısı Ermənistanın düşdüyü acınacaqlı duruma görə birbaşa məsuliyyət daşıyırlar. Biri digərindən yaxşı deyil və erməni xalqı bunun fərqindədir.
Paşinyan hesab edir ki, məmurları həbs etməklə hakimiyyətdə qala biləcək. Yaxın günlərdə Paşinyanın hakimiyyətdən gedəcəyinə şübhə yoxdur. Amma Qarabağ müharibəsi göstərdi ki, ümumən Ermənistan gücsüz və zəif dövlətdir. Dövlətin bu şəkildə idarə edilməsi bütöv cəmiyyəti uçuruma aparır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm