Paşinyanın psixoloji portreti cızıldı: “Özünü elə vəziyyətə salıb ki...”
Banuçiçək Kalbalıyeva
13:56 19.11.2020
Siyasət
852
“Şəxsiyyət kimi, nüfuzunu, mənliyini çoxdan itirib”
Psixologiya insanı tanıma sənətidir. Bu baxımdan, peşəkar psixoloqlar hansı işlə məşğul olmasından asılı olmayaraq, istənilən şəxsin xarakterini və psixololoji durumunu təhlil edə bilirlər. Maraqlıdır, Ermənistan baş naziri Nikol Paşinyanın hərəkətləri onun haqqında nə deyir? Dövlət başçımızın təbirincə desək, düşük, təlxək olduğu aydındır. Bunu hər kəs bilir. Amma məsələ ondan ibarətdir ki, Paşinyan özü nə istədiyini bilmir. Necə deyərlər gah aya baxır, gah çaya...
Amma, sən demə, bu əlamətlərin də izahı var imiş. Millət vəkili, psixologiya elmləri doktoru, professor Səməd Seyidov Ermənistan baş nazirinin psixoloji durumunu “Sherg.az”a təhlil edib:
“Paşinyan özünü elə vəziyyətə salıb ki, nəinki psixoloq, siravi insan da onun necə acınacaqlı durumda olduğunu görər. Bilirsiz, şəxsin özünün özünə edəni el də yığışsa, edə bilməz. Paşinyan siyasətilə özünü də, ölkəsini də uçuruma apardı.
Onun indiki vəziyyətini təhlil etmək doğru deyil. Çünki ölümlə hədələnir, devrilməsi an məsələsidir. Bu gün nəinki qondarma respublikanın, Ermənistanın da varlığı sual altındadır.
Amma Şuşada sərxoş vəziyyətdə rəqs etdiyi andkı psixoloji durumu çox vacib idi. Özünə o qədər vurğun idi ki, insanlara real olmayan vədlər verirdi. Özünü tənqid qabiliyyəti, təşkilatçılıq bacarığı olmayan şəxsin millətinin liderinə çevrilməsi çox acınacaqlıdır.
Dünən küçədə 10-15 nəfərlik mühafizə dəstəsi ilə gəzirdi ki, döyülüb öldürülməsin.
Təkrarlayıram, belə olan halda onun psixoloji durumunun əhmiyyəti yoxdur. Çünki Paşinyan şəxsiyyət kimi, nüfuzunu, mənliyini çoxdan itirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm