Pənah Hüseyn: ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir
13:44 08.08.2025
Siyasət
468
ABŞ-Azərbaycan-Ermənistan arasında qarşılıqlı sazişin imzalanması bölgədəki digər güc mərkəzlərinin narahatlığına səbəb olub.
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ehtimalı İranda narahatlıqla qarşılanır. Bu təşəbbüs Tehranda potensial təhlükə kimi qiymətləndirilir. Həm Moskva, həm də Tehran bu prosesin onların bölgədəki təsir imkanlarını zəiflədə biləcəyindən ehtiyat edir. Yeni geosiyasi reallıqlar fonunda regional güclər mövqelərini qorumaq üçün fəallaşmağa başlayıblar.
Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn mövzu ilə bağlı Sherg.az-a danışıb:
"ABŞ-Azərbaycan-Ermənistan arasında sazişin və digər sənədlərin imzalanması Bakının milli maraqlarına, təhlükəsizlik hədəflərinə cavab verdiyinə görə bu addımların atılması zəruridir. Bu sənədlər eyni zamanda bölgədə Rusiyanın son dövrlərdə nümayiş etdirdiyi aqressiv və təcavüzkar siyasətinə, o cümlədən Azərbaycana qarşı yönəlmiş fəaliyyətinə qarşı mühüm əks tədbir kimi qiymətləndirilə bilər. Bu baxımdan ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti də diqqətəlayiqdir. Lakin bütün hallarda əsas məsuliyyət və yük şübhəsiz ki, Azərbaycanın üzərinə düşəcək".
Partiya sədri İran prezidentinin Zəngəzur dəhlizi ilə bağlı məlum bəyanatlarına da diqqət çəkib:
" Cənub qonşumuzda dəhlizin açılmasını və regionda sülhün olmasını istəyənlər var. Amma İranda anti-Azərbaycan mövqeyini qoruyub saxlayan qüvvələri hələ də üstünlük təşkil edir. Prinsipcə Zəngəzur dəhlizinə münasibətdə fərqli yanaşmanın sərgilənməsi istisna deyil. Əgər Azərbaycana qarşı hər hansı müdaxilə və ya təhlükə yaranarsa, bu təhdidlərin qarşısı ilk növbədə diplomatik vasitələrlə alınmalıdır. Zərurət yarandıqda isə bütün imkanlardan, o cümlədən silahlı qüvvələrdən istifadə etməklə müqavimət göstərilməlidir. Azərbaycan dövləti belə bir qərar versə, düşünürəm ki, cəmiyyətin mütləq əksəriyyəti bu addımı dəstəkləyəcək. Dövlət və xalq müqaviməti milli iradə içərisində ortaya qoyulsa, Azərbaycanın bu prosesdə qalib gəlmək imkanları daha böyük olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya