Piter Teys: “Beynəlxalq ictimaiyyət azərbaycanlı ekoloqları dəstəkləməlidir”
Yusif Nəzərli
11:09 13.12.2022
Siyasət
545
"Azərbaycanlı ekoloqların və təbiətin mühafizə üzrə qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası tarixi əhəmiyyətə malikdir və beynəlxalq ictimaiyyət onların tələblərini dəstəkləməlidir".
Bunu "Report"a açıqlamasında ABŞ-dan olan politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, bu cəsur azərbaycanlılar ətraf mühitin mühafizəsi və şirin su ehtiyatlarının daha yaxşı idarə olunması tələbi ilə dinc etiraz aksiyası keçirirlər.
Ekspert bildirib ki, Azərbaycan aktual ekoloji problemlərin həlli istiqamətində addımlar atır, kənd təsərrüfatı torpaqlarının və su ehtiyatlarının çirklənməsinin fəsadlarının yumşaldılmasına böyük sərmayələr qoyur, erməni rejimi isə Azərbaycan ərazilərini minalarla çirkləndirir və əkin sahələrini təhlükəli əraziyə çevirir.
Politoloq xarici dövlətlərin, eləcə də Rusiya sülhməramlı kontingentinin BMT-nin davamlı inkişaf gündəliyində yer alan ekoloji problemlərə göz yummasından təəssüfləndiyini vurğulayıb.
P.Teysin fikrincə, beynəlxalq ictimaiyyət ikinci gündür Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekoloqların tələblərini dəstəkləməlidir: “BMT, ABŞ hökuməti və Avropa İttifaqı təcili olaraq bu məsələyə münasibət bildirməli, ətraf mühitin və su ehtiyatlarının çirkləndirilməsinin dayandırılması ilə bağlı Ermənistana təzyiq göstərməlidir. Susmaq həll yolu deyil. Azərbaycan dövləti və xalqı ətraf mühitin mühafizəsinə inanılmaz dərəcədə böyük vəsait sərf edib, Xəzər dənizinin ekologiyasının qorunmasında qətiyyət nümayiş etdirib, beynəlxalq ictimaiyyət isə məqsədyönlü şəkildə susur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi