
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır -ŞƏRH
13:06 13.05.2025
Siyasət
404
2025-ci il mayın 12-də PKK-nın açıqlaması regionda uzun illər boyu davam edən münaqişəyə yeni bir dönüş nöqtəsi gətirib. Təşkilat, fəaliyyətini dayandırdığını və strukturunu ləğv etdiyini elan edərək, silahlı mübarizəyə son verdiyini bildirib. Açıqlamada, "mübarizənin digər yollarla davam etdirilməsi məqsədəuyğun olmadığı" ifadəsi yer alıb. Bu, PKK tarixində nadir hallarda verilən bir bəyanat olsa da, keçmişdə atəşkəs və danışıqların da oxşar niyyətlərlə irəli sürüldüyü, lakin nəticəsiz qaldığı göz önündə saxlanılmalıdır. Bəzi siyasi analitiklər və ekspertlər, PKK-nın bu addımını yalnız siyasi oyun və taktika kimi qiymətləndirərək, arxasında başqa məqsədlərin durduğunu irəli sürürlər.
Siyasi şərhçi Fuad Şahbazov Sherg.az-a deyib ki, PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır:

"Bu cür terror təşkilatının buraxılması uzun hesablı gedişin bir parçasıdır. Yəni 2014-cü ildə ilk dəfə Türkiyənin siyasi rəhbərliyi tərəfindən bu proses qaldırıldı. Doğrudur, o zaman müəyyən fikir ayrılıqlarına görə nəticələr uğursuz oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərə qədər öz əlini gücləndirmək istəyi və hakim partiyanın ölkədaxili auditoriyadan əhalinin böyük hissəsinin xüsusilə də etnik kürtlərin dəstəyini almaq üçün bu təşəbbüsü yenidən irəli sürdü. Nəticədə bu mövzuda konkret addımlar atıldı. Bu gün həm Abdullah Öcalan, həm də PKK-nın digər rəhbərləri tərəfindən yekun mövqe ortaya qoyuldu. Bütün bunlarla yanaşı, regional siyasi dəyişikliklərə baxmaq lazımdır. Məsələn, Suriyada etnik kürdlər yeni ordu sıralarına qatılmağa razılıq verdilər. Üstəlik, İraq hökuməti keçən il PKK-nı terror təşkilatı kimi tanıdı".
Şərhçi vurğulayıb ki, ümumiyyətlə artıq regionda silahlı qarşıdurma üçün səbəb yoxdur:
"İnsanlar artıq mənəvi, psixoloji və fiziki olaraq mübarizədən yorulublar. Silahlı münaqişəni davam etdirmək PKK-nın özü üçün də ideoloji mənada çətinləşib".
Xəbər lenti
Hamısına bax
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm