Podolyak:“Rusiya ilə danışıqlar dayandırılıb”
Yusif Nəzərli
14:47 17.05.2022
Siyasət
342
Rusiya-Ukrayna danışıqları dayandırılıb.
Bu barədə Ukrayna telemarafonunun efirində Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
O qeyd edib ki, cəbhədəki hadisələrdən fərqli olaraq rusların tələbləri dəyişmir.
“Bizdən fərqli olaraq, Rusiya Federasiyası müharibənin 82 günü ərzində başa düşmədi ki, Ukraynada vəziyyət heç də əvvəllər olduğu kimi deyil. Onlar öz direktivlərini dəyişmir, şantaj etməyə davam edir, bəzi mövqelərini açıq şəkildə bəyan edirlər... Orada hamı Ukraynaya qarşı hansısa iddialar irəli sürür, onlar guya “Ukrayna nasizmi”nin mövcud olduğu bir dünyada yaşayırlar. Artıq dünya bilir ki, bu gün nasizmin yalnız bir növü var – Rusiya nasizmi. Yəqin ki, bizim bu problemə daha hərtərəfli yanaşmağımız üçün bir müddət daha keçməlidir. Danışıqlar prosesi çərçivəsində Rusiyanın denasifikasiyası problemləri də mövcuddur”, – deyə Podolyak qeyd edib.
Onun sözlərinə görə, proses dayandırılıb, lakin bu o demək deyil ki, sonda tərəflər danışıqlar masasına əyləşməyəcək.
“Bu gün o (danışıq prosesi - red.) dayandırılıb. İstanbul kommünikesindən sonra heç bir dəyişiklik, irəliləyiş yoxdur. Rusiya Federasiyası hələ də öz stereotip düşüncəsində qalır. Amma istənilən müharibə danışıqlar masası arxasında bitəcək və bu prosesin moderatoru cənab Zelenski olacaq”, – deyə Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib.
Kiyevin “Putinin simasını xilas etmək üçün” müharibənin tez bir zamanda dayandırılmasını istəyən bəzi Qərb siyasətçilərinin mövqeyini nəzərə alıb-almayacağı ilə bağlı sualına Podolyak belə cavab verib ki, “Rusiya Federasiyası bu müharibəni avropalıların (bəzi) istədiyi formada dayandıra bilməyəcək”.
“Cənab Putinin “simasını xilas etməsi” üçün nəsə verməyə gəlincə, bu, mümkün deyil. Bu, sövdələşmə predmeti deyil: əgər biz nəyisə versək, bunu Ukrayna ictimaiyyəti qəbul etməyəcək və müharibə bununla bitməyəcək. Çünki istənilən “Minsk-2” təxirə salınmış müharibədir. Bu bizə lazımdırmı? Xeyr. Və bunu Avropa da başa düşməlidir”, – deyə Podolyak vurğulayıb.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual