
Politoloq: Sülh sazişinin imzalanması qaçılmazdır
Politoloq: Sülh sazişinin imzalanması qaçılmazdır
08:13 06.08.2024
Siyasət
571
Şarmazanovlar, keşiş Baqrat kimi qiyamçılar bu prosesi əngəlləyə bilməyəcəklərini dərk etməlidirlər
Ucuz qaz istehlak edəndə və ya atom elektrik stansiyası üçün yanacaq alanda niyə Rusiyanın təsirini xatırlamırsınız? Bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan deputatı Eduard Şarmazanov Rusiyanın ölkəyə mənfi təsirləri haqda suala cavabında deyib. O bildirib ki, Ermənistanda mövcud ciddi təhlükəsizlik vəziyyəti Rusiyanın təsirinin deyil, Paşinyanın Qərbin təkidi ilə 10 noyabr tarixli üçtərəfli bəyanatdan imtina etməsinin nəticəsidir. Onun fikrincə, Paşinyan üçtərəfli bəyanatdan imtina etməsəydi, hazırda Qarabağ ermənilərin olacaqdı: "Ancaq üçtərəfli bəyanatdan Paşinyan imtina etdi, bu da nəticəsi".
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın sadiq nökərlərindən biri kimi tanınan E.Şarmazanovun bu açıqlaması bir daha onu göstərir ki, Ermənistan müxalifəti hələ də reallıqdan qopmuş vəziyyətdə qalmağa davam edir. Analitikin sözlərinə görə, erməni müxalifəti gələcəyə boylanmaq, keyfiyyətcə dəyişmək və Ermənistanın gələcəyi haqqında düşünmək əvəzinə, hələ də keçmiş xülyalarla yaşamaq və sərsəm “Miatsum” planını gündəmdə saxlamaq mövqeyindən çıxış edir:

"Zaman və reallıqlar çoxdan dəyişsə də, erməni müxalifəti xislətindən əl çəkmək istəmir. Dərk edə bilmirlər ki, Cənubi Qafqazda yeni reallıqlar Nikol Paşinyanın üçtərəfli bəyanatdan imtinası yox, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsi nəticəsində formalaşıb. İşğal faktorunun aradan qaldırılmasından sonra Şuşa və Xankəndi də daxil olmaqla bütün Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq-bərpa işlərinin aparılması və “Böyük Qayıdış” Proqramının həyata keçirilməsi bir daha azərbaycanlıların bu torpaqların əzəli və əbədi sahibləri olduğunu göstərir".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın işğalına son qoymaqla beynəlxalq hüququn təmin olunmasına və tarixi ədalətin bərqərar olmasına nail olub:
"Dünya birliyi də 44 günlük İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələrini artıq qəbul edib. Ermənistan müxalifəti bu reallıqla barışmalı və sülhə mane olmaq xəttindən əl çəkməlidir. “Bəlkə də qaytardılar” psixologiyası nə erməni müxalifətinə, nədəki bütövlükdə Ermənistana uğur qazandırmayacaq. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması qaçılmazdır. Şarmazanovlar, keşiş Baqrat kimi qiyamçılar bu prosesi əngəlləyə bilməyəcəklərini dərk etməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual